Narkotikin təsiri altında olan 'Prius' sürücüsü həbs edildi
Astarada narkotikin təsiri altında avtomobili idarə edən sürücü həbs olunub.
azxeber.com-un məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, avqustun 10-da Ələt-Astara yolunun 143-cü km-də Bakı şəhər sakini Ağamalıyev Sərxan Məmməd oğlunun idarə etdiyi "Toyota" markalı, 99-VH-493 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda nəzarət qaydasında saxlanılıb və sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən sürücü S.Ağamalıyevin narkotik maddə istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Ağamalıyev barəsində inzibati həbs tətbiq olunub və o, 2 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları