NATO Ukraynaya hərbi və maliyyə yardımı göstərməyə davam edəcək
"NATO müttəfiqləri Ukraynaya əhəmiyyətli hərbi və maliyyə yardımı göstərməyə davam edəcək".
Bunu NATO Baş katibi Yens Stoltenberq Serbiyanın "Kurir" nəşrinə müsahibəsində deyib.
"NATO təhlükəsiz rabitə vasitələri, yanacaq, tibbi ləvazimatlar və zirehli jiletlər, minalara qarşı avadanlıqlar, kimyəvi və bioloji təhlükələrə qarşı avadanlıqlar, həmçinin yüzlərlə portativ pilotsuz uçuş aparatlarının əleyhinə sistemlər daxil olmaqla hərtərəfli yardım paketi təqdim edəcək", – o bildirib.
Baş katib Stoltenberq əlavə edib ki, NATO uzunmüddətli perspektivdə Ukraynaya Sovet dövründən qalma texnikadan NATO-nun müasir avadanlıqlarına keçidinə, qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsinə, müdafiə və təhlükəsizlik institutlarının daha da gücləndirilməsinə kömək edəcək.
NATO Baş katibi qeyd edib ki, alyans yeni reallıqlara adaptasiya olmaq barədə Madrid sammitində qərarlar alıb.
"Biz yeni təhlükəsizlik reallığına cavab vermək üçün müdafiə və çəkindirmə gücümüzü əhəmiyyətli dərəcədə artırmaq barədə Madriddə razılığa gəldik. Bu, müdafiə xəttimizi gücləndirmək, NATO-nun şərq hissəsindəki döyüş qruplarını təkmilləşdirmək, habelə sürətli reaksiya qüvvələrinin üzvlərinin sayını 300 mindən çox artırmaq deməkdir", – NATO Baş katibi deyib.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
İnstaqramda biznes qurmağın yolları
İlon Mask kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?