"Naxçıvanbank" yenilənir, xidmət keyfiyyətini artırır - regionlarda filialların açılması hədəflənir

"Naxçıvanbank" ASC Naxçıvan Muxtar Respublikasında və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərməkdə davam edir. 
Bankın yaydığı məlumatda bildirilir ki, "Naxçıvanbank" ASC müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşmanı daha da stimullaşdırmaq, həmçinin əhalinin bank xidmətlərindən daha rahat faydalana bilməsi üçün bankomat və ödəmə terminallarını yeniləyərək artırmağa davam edir. Hazırda bank ölkə üzrə 51 bankomat və 99 ödəniş terminalı ilə əhaliyə yüksək səviyədə xidmət göstərir.
Müştərilərə göstərilən xidmətin daha da yaxşılaşdırılması məqsədilə bankın "Naxçıvan" filialı əsaslı təmir edilmiş və müasir standartlara cavab verəcək şəkildə yenilənərək əhalinin istifadəsinə verilmişdir. Hazırda şəhər daxilində yerləşdiyi əlverişli mövqe və yenilənən görünüşü ilə bankın "Naxçıvan" filialı xidmət keyfiyyətini daha da artırmışdır. 
"Naxçıvanbank" ASC-nin hazırda Naxçıvan Muxtar Respublikası ərazisində Baş ofis, 6 filial, 2 mübadilə məntəqəsi, həmçinin paytaxt Bakı şəhərində 1 filial  və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir.
Azərbaycanın digər regionlarında yaşayan əhaliyə də yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunmasını hədəfləyən Naxçıvanbank, bu istiqamətdə mühüm layihələr üzərində çalışır. 
Naxcivanbank.az saytına daxil olmaqla müştərilər onlayn bankçılıq xidmətlərindən yararlana bilərlər.
Saytda təqdim olunan müvafiq bölmələrə daxil olmaqla müştərilər Naxçıvanbankın filiallarının, ATM-lərinin yerləşdiyi ünvanlar, fərdi və korporativ bankçılıq, kommunal ödənişlər, kredit və əmanət şərtləri, eləcə də yeni kampaniyalarla bağlı ətraflı məlumat əldə edə bilərlər. 
Müştərilər onları maraqlandıran suallar, təklif və şikayətləri ilə bağlı müraciətlər bölməsinə daxil olmaqla bankla əlaqə yarada bilərlər.
/ marja.az

Banklar     Tarix: 24 yanvar 2023

Oxşar xəbərlər

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic


iqtisadi xeberler bitcoin qiymeti kicik biznes online pul qazanmaq biznes xeberleri