Neftin dəniz yolu ilə daşınmasının qiyməti bahalaşıb

Neftin dəniz yolu ilə daşınmasının qiyməti bahalaşıbYəmən husilərinin hücumları səbəbindən neft daşınmasının qiyməti bahalaşıb.
Bunu Londondakı Baltik Birjasının məlumatları da təsdiqləyir.
Qırmızı dənizdəki münaqişəyə görə Yaxın Şərqdən emal olunmuş məhsulların Yaponiyaya çatdırılması üçün neft tankerinin icarə haqqı 3 faiz artaraq gündə 101 min dollara çatıb. Bu, pandemiyadan bəri daşınma üzrə yeni rekorddur.
Bab əl-Məndeb boğazından və Süveyş kanalından yan keçərək Afrika qitəsini dövrə vurmaq zərurəti gəmilərin uzun məsafələr qət etməsinə səbəb olur. Məlumata görə, tankerlər ölçüsündən asılı olaraq, Yaxın Şərqdən Avropaya neft tranzitindən gündə 97 min dollardan 117 min dollara qədər qazanır.
Bazar iştirakçılarının fikrincə, üsyançıların hücumları səbəbindən enerji resurslarının çatdırılma müddəti əhəmiyyətli dərəcədə arta bilər. Qətərdən Böyük Britaniyaya Afrika qitəsindən yan keçməklə maye qazın daşınması təxminən 27 gün çəkəcək ki, bu da qiymətlərin artmasına səbəb olacaq.
Husilərin hücumları səbəbindən 500-dən çox konteyner gəmisi yüklərin çatdırılması üçün marşrutlarını dəyişib. Bu gəmilər geyim və oyuncaqlardan tutmuş avtomobil hissələrinə qədər müxtəlif məhsullar daşıyırdı. Marşrutların dəyişilməsi səyahət vaxtını da orta hesabla iki həftə artırır ki, bu da çatdırılan məhsulun son dəyərinin artmasına səbəb ola bilər. / banker.az

Xəbərlər     Tarix: 27 yanvar 2024

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il


iqtisadi xeberler en son xeberler rubl mezenne depozit faizleri biznes qurmaq