Neftin qiyməti 98 dollardan aşağı düşdü
Neft kotirovkaları cümə günü enişi sürətləndirsə də, yenə də həftəni müsbət balansla qapayır.
KONKRET.az "İnterfaks"a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 18:53-ə olan məlumata görə, "Brent" markalı neftin oktyabr fyuçersləri Londonun "ICE Futures" birjasında 1,71 ABŞ dolları (1,72%) ucuzlaşaraq 97,89 dollar/barelə bərabər olub. WTI markalı neftin sentyabr fyuçersləri isə Nyu York əmtəə birjasında (NYMEX) 2,04 dollar (2,16%) ucuzlaşıb və bir barel üçün 92,3 ABŞ dollar təşkil edib.
Hər iki marka öncəki həftə təxminən 9% ucuzlaşdıqdan sonra bu həftənin əvvəlindən bahalaşıb. ABŞ-dan gələn güclü statistik məlumatlar neft bazarı üçün müsbət amil olub. Belə ki, statistikanın yaxşılaşması investorlarda ölkədə inflyasiyanın azalacağına, əmək bazarının isə güclü olaraq qalacağına ümid yaradıb.
"Goldman Sachs"ın ekspertləri bazarın artan tələbi və məhdud təklifi tarazlaşdırmağa hələ də ehtiyacı olduğu üçün benzin və neft qiymətlərinin bu ilin sonuna doğru yenidən yüksələcəyini proqnozlaşdırır.
"Brent"in fyuçersləri bir barel üçün 130 dollara, ABŞ-da pərakəndə benzin qiymətləri isə bir qallona (3,7 litr) görə təxminən 5 dollara qayıda bilər", – "Goldman Sachs"ın enerji araşdırmaları üzrə direktoru Damyen Kurvalen "Bloomberg"ə bildirib.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
SMM nə deməkdir?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
İKEA şirkətinin tarixi
Biznes qurmaq üçün nə lazımdır?
İnstaqramda biznes qurmağın yolları