Nensi Pelosinin əri MÜHAKİMƏ OLUNDU
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin əri Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 5 gün həbs və 3 il şərti cəza alıb.
KONKRET.azxəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Bildirilib ki, Pol Pelosi sərxoş vəziyyətdə avtomobil idarə edərkən bir nəfərə xəsarət yetirdiyinə görə Kaliforniya ştatında hakim qarşısına çıxıb.
Napa dairəsi məhkəməsi Pol Pelosiyə 4 900 dollar təzminat və 1 723 dollar məhkəmə xərcləri ödəməli olması barədə qərar çıxarıb. Məhkəmə onun əvvəllər həbsdə keçirdiyi iki gününü nəzərə alıb və yaxşı davranışına görə daha iki gün həbsini ləğv edib. Polun 5 günlük həbs cəzası 8 saatlıq ictimai iş qrafikinə dəyişdirilib.
Xatırladaq ki, mayın 28-də Kaliforniya ştatının Oakville şəhərində "Porsche" markalı avtomobili ilə qəza törədən 82 yaşlı multimilyonçu sərxoş halda maşın sürdüyü üçün saxlanılıb. Pelosi daha sonra 5 min dollar girov müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, Nensi və Pol Pelosi 1963-cü ildən evlidirlər.
İqbal Rzayev,
KONKRET.az

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
1000 manatla hansı biznesi qurmaq olar?
Onlayn biznes ideyaları
Bitcoin nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Mcdonalds françayzinqi neçiyədir?