"Neuralink"in dəyəri 5 mlrd. dollara çatıb
İlon Maskın neyrotexnoloji şirkəti "Neuralink" insan beyninə çipin implantasiyası üçün klinik sınaqların keçirilməsinə icazə aldıqdan sonra 5 milyard dollar dəyərində qiymətləndirilib. Bu barədə bazar ertəsi mənbələrə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Hesablamalara görə, startapın dəyəri 2021-ci illə müqayisədə 3 milyard dollar artıb. Şirkətin səhmlərinə tələbatın böyük olduğu qeyd edilir. Mütəxəssislər vurğulayırlar ki, "Neuralink"in işlənmələrin kommersiya istifadəsi üçün icazə alması daha bir neçə il çəkə bilər. ABŞ Milli Sağlamlıq İnstitutunun keçmiş neyromühəndislik direktoru Kip Lüdviq hesab edir ki, beyin implantının kommersiya məqsədli istifadəsi üçün icazə almaq ən azı 10 il çəkə bilər.
"Neuralink" startapı 2016-cı ilin iyul ayında Mask tərəfindən neyron interfeyslərin inkişafı və tam avtomatik rejimdə beyinə demək olar ki, qeyri-məhdud sayda elektrodların implantasiyasına imkan verən robotların yaradılması üzrə aparıcı mütəxəssislərin səylərini birləşdirmək üçün yaradılıb. Sahibkarın fikrincə, uzunmüddətli perspektivdə bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Dünyanın əh bahalı brendləri - TOP-10
Whatsapp biznesin üstünlükləri nələrdir?
1000 manatla hansı biznesi qurmaq olar?
ZARA-nın uğur hekayəsi
Startup nədir və necə olur?