Nostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcək - FOTO

Nostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcək - FOTONostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcək - FOTO
Britaniya mediasında bu günlərdə Nostradamusun Britaniya kralının taleyi ilə bağlı proqnozu müzakirə edilir. Belə ki, dünyanın ən məşhur falçısı sayılan Nostradamusun öncəgörmələrinə görə Kral Çarlz taxtdan gedəcək və sonra ölkədə "sirli kral" hökm sürəcək.
Nostradamusun proqnozları ilə bağlı ekspert olan astroloq Mario Redinq hələ 2005-ci ildə çap etdiridiyi kitabda kimyagərin 1555-ci ildə yazdıqlarına əsalanaraq kraliçanın 96 yaşında vəfat edəcəyini bildirmişdi. Orada deyilmişdi ki, növbəti monarx adalar kralı olacaq. Bu o deməkdir ki, kral Birləşmiş Krallığı deyil, ancaq İngiltərəni idarə edəcək. Bu deyilənlər hazırda bir çox ölkələrin Britaniyadan azad olması ilə bağlı referendum keçirmək planları ilə düz gəlir.
Nostradamus həmçinin bildirib ki, Kral Çarlzın səltənəti qısa müddətli olacaq və taxt-taca heç vaxt padşah olacağı gözlənilməyən bir adam çıxacaq.
Nostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcək - FOTORedinq bu sözləri yenidən şərh edərək kral ailəsinin gələcəyi ilə bağlı fərziyyələrini ifadə edib. O, kitabında III Çarlzdan sonra şahzadə Harrinin Böyük Britaniyanın kralı ola biləcəyini qeyd edib:
"III Çarlz taxta oturanda onun 74 yaşı olacaq, lakin Dianadan boşandıqdan sonra Britaniya əhalisinin müəyyən hissəsinin ona qarşı hiss etdiyi inciklik hələ də qalacaq", - deyə o, bildirib.
Astroloq yaşlı kralın təzyiqlərə görə Şahzadə Uilyamın xeyrinə taxtdan əl çəkməyə məcbur ediləcəyini deyib. Bundan sonra Redinq yenidən Nostradamusun "onu heç vaxt şah olacağı gözlənilməyən bir adamla əvəz edəcək" sətrinə qayıdır.
"Bu, atasının yerinə keçməli olan Şahzadə Uilyamın kral ola bilməyəcəyi və Harrinin onun yerinə monarx olacağı anlamınamı gəlir? Bu, onu cəmi 38 yaşında Kral IX Henrixi edəcək" – deyə Ridinq düşüncələrini bölüşüb.
Nostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcək - FOTOYeri gəlmişkən qeyd edək ki, Britaniyta taxtına daha bir namizəd var. Bu özünü Kral III Çarlzın və arvadı Kamillanın gizli oğlu adlandıran avstraliyalı Saymon Çarlz Dorani-Deydir. O, əlində dediklərini sübut edəcək dəlillər olduğunu bildirir və monarxdan DNT testi tələb edir.
Nostradamus: III Çarlz qısa müddətdə taxtdan imtina edəcək - FOTOXatırladaq ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da Vindzor qəsrində keçiriləcək. Kraliçanın ölüm səbəbi açıqlanmayıb. Təkcə o məlumdur ki, ölüm anında onun bütün yaxın qohumları yanında olsa da, Şahzadə Harri onunla vidalaşmağa imkan tapmayıb. Belə ki, statusundan imtina edən şahzadəyə qardaşı Uilyamı və əmilərini Şotlandiyaya aparan təyyarəyə minməsinə icazə verilməyib, nəticədə o, saat yarım gecikib.
Mənbə: Gazeta.ru

Xəbərlər     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il


iqtisadi xeberler rubl mezenne biznes krediti online pul qazanmaq telefonla pul qazanmaq