Oğuzda bələdiyyə sədri yol qəzası keçirdi
Oğuzda baş verən yol qəzasında biri bələdiyyə sədri olmaqla dörd nəfər xəsarət alıb.
KONKRET.az-ın məlumatına görə, hadisə Yaqublu-Çaldaş avtomobil yolunun rayonun Böyük Söyüdlü kəndi ərazisindən keçən hissəsində baş verib.
Kəlbəcər rayon sakini Saməddin Yusif oğlu Hüseynovun idarə etdiyi "KİA Sorento" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.
Qəza zamanı sürücü S.Hüseynov və avtomobildə olan sərnişinlər – Bərdə rayon sakini Elvin İsrafil oğlu Quliyev, Şəki rayonu Qaratorpaq kənd sakinləri Mehman Elməddin oğlu Rəcəbov və Mehmanın qardaşı oğlu Ruzi Əvəz oğlu Rəcəbli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan S. Hüseynov və M. Rəcəbovun xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
E. Quliyev və R. Rəcəblinin müalicəsi Şəki RMX-da davam etdirilir.
Qeyd edək ki, qəza zamanı xəsarət alan M. Rəcəbov Şəki rayonunun Bolludərə bələdiyyəsinin sədridir.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır./APA

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznesə aid ən yaxşı 10 kitab
Dünyanın ən varlı 10 müğənnisi
Green Card nədir və onu necə əldə etmək olar?
IMEI kod nədir?
Mcdonalds françayzinqi neçiyədir?