Ölü kimi qeydiyyatda olan Abil Zeynalov Azərbaycana gələ bilmir - VİDEO
Quba rayonunun Rustov kəndində doğulan və hazırda Rusiyada yaşayan Abil Zeynalov Azərbaycanda ölü kimi qeydiyyata alınıb.
azxeber.com xəbər verir ki, 1955-ci ildə anadan olan Abil Zeynalov 1996-cı ildə Rusiyaya gedib. O, bir müddət sonra Azərbaycana qayıtmaq istəyib, amma alınmayıb. Səbəb isə onun 2011-ci ildən ölü kimi qeydiyyata alınması olub.
Bu fakt vətənə qayıtmaq üçün qardaşından ona aid sənədləri hazırlayıb Rusiyaya göndərməsini istəyərkən ortaya çıxıb.
Abil Zeynalov "Xəzər Xəbər"ə deyib ki, aidiyyəti üzrə müraciət etsə də, hələlik nəticə əldə edə bilməyib. Hazırda onun əlində təkcə hərbi bileti var.
Qardaşı Abil Zeynalovun ölüm haqqında sənədini onun keçmiş həyat yoldaşının 11 il əvvəl hazırlatdığını iddia edib.
Məsələyə münasibət bildirən Quba rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən Kamran İbrahimov isə deyib ki, ölüm kağızı məhkəmənin qətnaməsinə əsasən hazırlanıb.
Vətənində ölü olaraq bilinən Abil Zeynalov da bunu onun keçmiş həyat yoldaşının qardaşı ilə birləşərək onun mülklərini ələ keçirmək üçün etdiyini iddia edir. Abil Zeynalovun keçmiş həyat yoldaşını isə tapmaq mümkün olmayıb. Onun hazırda başqa bir insanla ailə qurduğu deyilir.
Qeyd edək ki, Abil Zeynalov Rusiyada səfirliyə müraciət edərək sağ olduğunu sübut edib. Qayıdış sənədi almaqla Azərbaycana gələcək. Gəldikdən sonra isə məhkəməyə müraciət etməlidir. Yalnız bundan sonra məhkəmə qətnaməsi ləğv oluna bilər.
Ətraflı videoda:

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Cash Back nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?