Ötən il ixracı sıfır olmuş və yaşı çox az olan 3 şirkət bu il ilk 5-likdə yer tutublar

Ötən il ixracı sıfır olmuş və yaşı çox az olan 3 şirkət bu il ilk 5-likdə yer tutublarİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın fevral sayını təqdim edib. 
Marja.az-ın məlumatına görə, 2025-ci ilin yanvar ayı üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa ötən ilin yanvar ayında ixrac həcmi sıfır məbləğdə olmuş 3 şirkət daxil olub: "Lepin LM" MMC, "6L Systems" MMC və "Export Stream" MMC.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İlk onluqda, "Lepin LM" MMC şirkəti 6,4 milyon dollarlıq ixrac həcmi ilə 2-ci, "6L Systems" MMC şirkəti 5 milyon dollarlıq ixrac həcmi ilə 4-cü, "Export Stream" MMC şirkəti isə 4,2 milyon dollarlıq ixrac həcmi ilə 5-ci yeri tutub. 
Dövlət Vergi Xidmətinin məlumatlarından məlum olur ki, 2-ci yeri tutan "Lepin LM" MMC şirkəti 2024-cü ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Cəmi 20 manat nizamnamə kapitalı olan Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV RUSLAN MAXSUD OĞLU, hüquqi ünvanı AZ1014, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, BƏŞİR SƏFƏROĞLU ev.116 m.6-dır. 
4-cü yeri tutan "6L Systems" MMC şirkəti 2023-cü ilin yanvar ayında "COMELSİS" MMC olaraq dövlət qeydiyyatına alınıb. 2023-cü martında şirkətin adı "6L Systems" MMC olaraq dəyişdirilib. 180 min manat nizamnamə kapitalı olan "6L Systems" MMC-nin qanuni təmsilçisi RƏHMANOV FƏRMAN HACI OĞLU, hüquqi ünvanı AZ1065, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏFAYƏT MEHDİYEV ev.81-dir. 
5-ci yeri tutan "Export Stream" MMC 2024-cü ilin sentyabr ayında dövlət qeydiyyatına alınıb. 10 manat nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi ƏHMƏDOV ŞAHİN VƏLİ OĞLU, hüquqi ünvanı AZ1009, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AK.ŞAMİL ƏZİZBƏYOV ev.105-dir. 
Ötən il 51,4 milyon dollarlıq ixrac həcmi ilə İlk onluqda 5-ci yeri tutmuş Süleymanova Göhər Süleyman qızının adı 2025-ci ilin Yanvar ayı üzrə siyahıda yoxdur. Göhər Süleymanovanın 2023-cü ildə sıfır məbləğdə ixracı olduğu halda, 2024-cü ildə siyahıda 5-ci yeri tutumuşdu.
Qeyd edək ki, ötən il də, bazarda geniş tanınmayan, iri istehsal yeri olmayan şəxslər ixracatçı subyektlərin reytinqində ilk onluqda yer almışdılar. 2024-cü ildə məlum olub ki, həmin şəxlər kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmaq adı altında cinayətkarlıq ilə məşğul olublar, 1,1 milyard manatdan çox vəsaiti ölkəyə qaytırmayıblar. İstintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan şəxslər ilə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. 
Ötən il ixracı sıfır olmuş və yaşı çox az olan 3 şirkət bu il ilk 5-likdə yer tutublar

Maliyyə     Tarix: 28 fevral 2025

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler bitcoin qiymeti emlak xeberleri birbank kripto