Özbəkistan pambıq əkməkdən İMTİNA EDİR? - Prezident AÇIQLADI

Özbəkistan pambıq əkməkdən İMTİNA EDİR? - Prezident AÇIQLADITurizm xidmətlərinin ixracının əhəmiyyətli dərəcədə artacağı təqdirdə Özbəkistan pambıq əkinindən imtina edə biləcək.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Şavkat Mirziyoyev seçki kampaniyası çərçivəsində Səmərqənd vilayətinin sakinləri ilə görüşündə bildirib.
Özbəkistan pambıq əkməkdən İMTİNA EDİR? - Prezident AÇIQLADIŞavkat Mirziyoyev
"Açığını deyim ki, qızmar istidə, soyuqda hamının məcburən pambığa səfərbər edildiyi o illərdə də Özbəkistan pambıq lifinin ixracı 1 milyard dolları ötmürdü. Hazırda turizm ixracı bu həddi aşır. Məsələn, bu rəqəmi üç-dörd dəfə artırsaq, pambıq əkməyə bilərik", – deyə dövlət başçısı bildirib.
O vurğulayıb ki, 2030-cu ilə qədər turizm xidmətlərinin gəliri 5 milyard dollara yüksəlməlidir. Özbəkistan ildə 15 milyon xarici turisti cəlb etməli və yerli sakinləri ölkə daxilində marşrutlar üzrə səyahət etməyə təşviq etməlidir.
Bu məqsədlə bir sıra tədbirlər həyata keçiriləcək:
qonaq yerlərinin sayını ən azı iki dəfə – 120 mindən 250 minə çatdırmaq üçün regionlarda 4000 mehmanxana, qonaq evi və hostel tikintisi nəzərdə tutulur.
"Daşkənd – Səmərqənd" və "Daşkənd – Əndican" yüksək sürətli avtomobil yollarının tikintisi planlaşdırılır.
Bundan əlavə, uçuşların sayı dörd dəfə, beynəlxalq marşrutların sayı isə beş dəfə artırılacaq. Hava donanmasını 100-ə çatdırmaq üçün daha 56 müasir təyyarə alınacaq.
"Biz avtomobil, hava və dəmir yolu nəqliyyatı şəbəkəsini genişləndirməyə davam edəcəyik. 2016-cı ilə qədər, müstəqilliyin 25 ilində Özbəkistan 25 təyyarə alıb. Bizim yalnız bir inhisarçı aviaşirkətimiz var idi. O vaxtdan bəri 19 müasir təyyarə gətirilib, beş özəl aviaşirkət fəaliyyətə başlayıb", – deyə Mirziyoyev qeyd edib.
Qeyd edək ki, Özbəkistanın kənd təsərrüfatında və məşğulluğunda pambıqçılıq xüsusi yer tutur. Birinci Prezident İslam Kərimovun dövründə bu, strateji sənaye idi, hər il müxtəlif sahələrdən yüz minlərlə insan məcburi şəkildə pambıq yığımına səfərbər olunurdu. Şavkat Mirziyoyevin dövründə pambıqçılığın rolu azalsa da, amma vacib olaraq qalır.
Özbəkistan pambıq əkməkdən İMTİNA EDİR? - Prezident AÇIQLADIİslam Kərimov
Bu gün Özbəkistan hakimiyyəti keçmişdə olduğu kimi xam pambıq satışından deyil, ondan hazırlanan məhsulların ixracından gəlir əldə etməyə çalışır. Belə ki, toxuculuq məhsulları istehsalı üzrə 350-yə yaxın iri fabrik istifadəyə verilib. Əgər 2017-ci ildə ölkədə pambıq lifinin cəmi 40 faizi emal olunurdusa, bu gün bu rəqəm 100 faiz təşkil edir. Tekstil istehsalı 5 dəfə, ixrac 4 dəfə artaraq 3 milyard dollara yaxın olub.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 26 iyun 2023

Oxşar xəbərlər

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq biznes krediti investisiya