Pakistan Azərbaycana 2-3 milyard dollarlıq investisiya portfeli təqdim edəcək

Pakistan Azərbaycana 2-3 milyard dollarlıq investisiya portfeli təqdim edəcəkPakistan Azərbaycana təqdim etmək üçün 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli hazırlayıb.
AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.
"Pakistan Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verir. Turizm, nəqliyyat, enerji təhlükəsizliyi və müdafiə sahələri daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığımızın inkişafını davam etdirməliyik. Doğrudur, bunun üçün əlavə səylərə ehtiyac var", - Pakistanın ticarət naziri Cam Kamal Xan İslamabadda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.
O, həmçinin Preferensial Ticarət Sazişi (PTA) və İkitərəfli Tranzit Ticarət Sazişinin (BTTA) tez bir zamanda imzalanmasının zəruriliyini vurğulayıb.
Pakistanlı nazir B2B formatında görüşlərin keçirilməsini təklif edib:
"Bu görüşlər istər Pakistanda, istərsə də Azərbaycanda baş tuta bilər. Pakistanla Azərbaycan ikitərəfli ticarət və əməkdaşlığın monitorinqini təkmilləşdirmək üçün uzunmüddətli və praktiki mexanizmin yaradılmasının zəruriliyi barədə razılığa gəliblər".
Ticarət naziri Azərbaycan şirkətlərini Pakistana sərmayə qoymağa dəvət edərək, ölkənin iqtisadi cəhətdən səmərəli əmək bazarını mühüm üstünlük kimi göstərib.
O qeyd edib ki, Səudiyyə Ərəbistanı və Çinin Pakistana investisiyaları azərbaycanlı investorları Pakistanda mövcud imkanlardan yararlanmağa sövq edir.
S.Şərifov öz növbəsində Azərbaycanın Pakistanla qarşılıqlı maraq doğuran bütün sahələrdə daha sıx əməkdaşlığa hazır olduğunu bildirib.
O, iki ölkə arasında gediş-gəliş prosedurlarının sadələşdirildiyini xatırladaraq, Azərbaycanın əlverişli viza siyasəti sayəsində ötən il 55 min pakistanlı turisti qəbul etdiyini diqqətə çatdırıb.
Nazir müavini Azərbaycandan Pakistana birbaşa aviareyslərin açılmasının nəqliyyat əlaqələrinin yaxşılaşmasına töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, bu ay ölkələr arasında bir sıra sazişlərin imzalanması gözlənilir. Mənbələrin məlumatına görə, Pakistanın Baş naziri Şahbaz Şərif bütün prosessual rəsmiyyətlərin və həll edilməmiş məsələlərin ən qısa zamanda həll edilməsi barədə göstəriş verib. (Report)

İnvestisiya     Tarix: 04 iyul 2024

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatına yatırımlar 19%-dən çox artıb

2026-cı ilin yanvar-fevral aylarında əsas kapitala 2 milyard 436,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. "Azərcell", "Bakcell"

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il

Neft Fondu Perunun nəhəng enerji sirkətinə - "Inkia Energy"yə investisiya edib

Dövlət Neft Fondu (ARDNF) qlobal infrastruktur investisiyaları üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "I Squared Capital" ("I Squared") ilə tərəfdaşlıq çərçivəsində Perunun ən böyük müstəqil elektri

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 12 sənəd imzalanıb - DETALLAR - FOTOLAR 

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 12 sənəd imzalanıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, sənədlər tikinti və inkişaf, bərpa olunan enerji, sənaye

Xarici investorların qazancını ölkədən çıxarmasına məhdudiyyət olmayacaq

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Macarıstan Azərbaycana investisiya qoyuluşunu 3 dəfəyədək azaldıb

2025-ci ildə Macarıstandan 366 milyon 443 min dollar investisiya cəlb olunub. Gürcüstandan Azərbaycana yatırımlar 3 dəfəyədək artıb. bu barədə Mərkəzi Banka istinadən xəbər verir. Bu, 2024-cü illə müqayisədə 652 milyon 20


iqtisadi xeberler valyuta kurslari biznes ideyalari telefonla pul qazanmaq bitkoin