"PAŞA Bank"-dan Sahibkar Gününə özəl kampaniya

®Azərbaycanın aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" 25 aprel Sahibkar Günü münasibətilə sahibkarlar üçün eksklüziv kampaniya təqdim edib.
26 aprelədək davam edəcək kampaniya çərçivəsində "Tarifim" xidmətinə qoşulan kiçik və orta biznes sahiblərinə əlavə 15% endirim təqdim olunacaq, mövcud müştərilərimiz üçün isə onlayn biznes kredit xəttində tədbiq edilən birdəfəlik komissiya isə – 0% olacaqdır.

Qeyd edək ki, "Tarifim" xidməti vasitəsilə "PAŞA Bank Biznes" platformasında müştərilər müvafiq xidmətləri seçərək, bizneslərinə lazımi köçürmə məbləğini və müddəti özləri təyin edirlər. Birdəfəlik ödəniş edərək, seçdikləri məbləğ çərçivəsində köçürmələr və valyuta mübadiləsini əlavə komissiya ödəmədən icra etmək imkanını əldə edirlər. Xidmətə daxil olan məhsullar müştərilər tərəfindən gündəlik ən çox istifadə olunan əməliyyatları əhatə edir.
Əlavə olaraq artıq "PAŞA Bank" müştərisi olan kiçik və orta biznes sahibləri onlayn biznes kredit xəttini ərzində komissiyasız əldə edə biləcəklər. Dövriyyə vəsaitiniz artırılması üçün yaradılan bu fürsət 26 aprel tarixinə kimi qüvvədə olacaq. Kampaniyadan yararlanmaq üçün "PAŞA Bank Biznes" platformasına keçid edin və komissiyasız onlayn kreditdən faydalanın.
Onlayn biznes kredit xəttinə müraciət üçün: 
"Tarifim" xidmətindən yararlanmaq və öz tarifinizi yaratmaq üçün:
"PAŞA Bank" 2018-ci ildən etibarən kiçik və orta sahibkarlara dəstəyini genişləndirərək, onların fərdi ehtiyaclarına uyğun, gündəlik xərclərini optimallaşdıran, biznes fəaliyyətlərinin genişləndirilməsinə imkan verən rəqəmsal məhsul və xidmətləri təklif edir.
Müştərilərin işgüzar fəaliyyəti ilə bağlı tələbatları öyrənilərək müasir texnoloji həllər üzərində işlər davam etdirilir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.pashabank.az saytına daxil olaraq və ya *8123 / (+994 12) 496 50 04 nömrəsinə zəng edərək əldə etmək olar. / banker.az

Banklar     Tarix: 24 aprel 2024

Oxşar xəbərlər

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Leobank "Felis 2026"da qızıl mükafat qazanıb

Unibankın mobil bankçılıq xidməti olan Leobank "Felis 2026" mükafatının qalibi olub. Leobankın "Leo Pride" kartlar ailəsini təqdim edən reklam çarxı "İstehlakçı xidmətləri və B2B" (Consumer Servic

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı


iqtisadi xeberler biznes ideyalari biznes krediti internetden pul qazanmaq emlak xeberleri