PAŞA Bank "Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forum"unda iştirak edib

PAŞA Bank ®Azərbaycanın İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə təşkil edilmiş tədbirin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsi olmuşdur. Forumda Avropa və MDB ölkələrindən dəvət edilmiş ekspertlər, beynəlxalq və regional maliyyə təşkilatlarının, dövlət və özəl sektorun nümayəndələri iştirak ediblər.
Bu ilki forum çərçivəsində DİM-lərin icrası istiqamətində maliyyə mexanizmlərinin nəzərdən keçirilməsi, xarici investisiyaların cəlbi, "yaşıl" inkişaf, rəqəmsallaşma və digər mövzularda panel müzakirələr və sessiyalar keçirilmişdir.
«Rəqəmsallaşma vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatlar" müzakirə panelinə ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank"in idarə heyətinin sədr müavini Bəhruz Nağıyev spiker qismində qatılıb.
O, Bankın rəqəmsal transformasiyaya ilk addımlarını atan maliyyə qurumlarından biri olmasını vurğulayaraq, əldə etdiyi təcrübə və nailiyyətlər barədə ətraflı məlumat verib. B. Nağıyev "PAŞA Bank"ın Azərbaycan iqtisadiyyatının rəqəmsallaşdırılması prosesinin dəstəklənməsi və ölkədə "fintech" seqmenti ilə əməkdaşlıq və onlara verdiyi töhfə, ölkənin maliyyə ekosisteminin gücləndirilməsinə və iqtisadiyyatının rəqabətqabiliyətliyinə göstərdiyi dəstək haqqında fikirlərini forum iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, "PAŞA Bank" məsuliyyətli korporativ vətəndaş olaraq 2023-cü ilin may ayından etibarən "BMT-nin Qlobal Sazişi"nin üzvüdür. "BMT-nin Qlobal Sazişi" bu gün dünya üzrə 160-dan çox ölkədə yerləşən 25,000-ə yaxın şirkəti və qeyri-biznes tərəfdaşını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. "BMT-nin Qlobal Sazişi" dayanıqlı gələcək üçün məsuliyyətli fəaliyyət və idarəetmə prinsiplərini dünya miqyasında təşviq edir və bu istiqamətdə özəl sektora birbaşa dəstək verir. / banker.az

Banklar     Tarix: 21 noyabr 2023

Oxşar xəbərlər

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi

Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarı

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı


iqtisadi xeberler iqtisadiyyat xeberleri depozit faizleri biznes qurmaq biznes ideyalari