"PAŞA Bank" sahibkarlığın inkişafına dəstək verəcək növbəti məhsulu istifadəyə verib

®Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun aparıcı qüvvəsi olan "PAŞA Bank" tərəfindən Azərbaycanda sahibkarlığın inkişafına dəstək göstərəcək növbəti məhsul istifadəyə verilib. Belə ki, Bank, daşınmaz əmlakın lizinqini yerli bazara təqdim edib.
Bu məhsul fərdi sahibkarlar və hüquqi şəxslərə ofis, ticarət, istehsal obyektləri, eləcə də kommersiya təyinatlı digər daşınmaz əmlak və qeyri-yaşayış sahələri almağa xidmət edir. Lizinq şərtləri ilə maksimal 10 milyon manatadək dəyəri olan daşınmaz əmlakı əldə etmək mümkündür. Lizinq üçün ayrılmış maksimal müddət 120 ay təşkil edir.
"Daşınmaz əmlakın lizinqi biznes sahibləri üçün geniş imkanlar vəd edən sahələrdəndir. Mövcud təcrübəmiz, o cümlədən maliyyə bazarının dərin təhlilinə əsaslanan biliyimiz, bu istiqamətdə də müştərilərin bələdçisinə və tərəfdaşına çevrilməyimizə kömək edəcək. Bu sahədə böyükmiqyaslı sövdələşmələrə imza atmaq üçün bütün imkanlara malikik", – deyə "PAŞA Bank"ın Korporativ və institusional bankçılıq departamentinin kreditləşmə üzrə sahə rəhbəri Ceyhun Baloğlanov xidmət haqqında fikirlərini bölüşüb.
Xatırladaq ki, "PAŞA Bank" sahibkarlıq subyektlərinə dəstək göstərmək və ümumilikdə biznes proseslərini daha da optimallaşdırmaq üçün bir sıra xidmət və məhsullar istifadəyə verib. Bununla da, sahibkarlara zamanlarına qənaət etməkdə və bütün diqqəti bizneslərinin inkişafına yönəltməkdə yardımçı olub. / banker.az

Banklar     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni


iqtisadi xeberler rubl mezenne valyuta mezennesi online pul qazanmaq biznes xeberleri