"PAŞA Bank"dan sahibkarlar üçün xüsusi kampaniya: "Qışın sehri"

®Ölkənin aparıcı korporativ maliyyə insitutu "PAŞA Bank" kiçik və orta biznes sahibləri üçün xüsusi kampaniyaya start verib. "Qışın sehri" adlı kampaniya bankın kredit məhsullarından istifadə edən yeni və mövcud və ya "PAŞA Bank"da biznes hesabı açan yeni KOB müştərilərinə unikal hədiyyə və təkliflər təqdim edir.
Bu kampaniya "PAŞA Bank" müştərilərinin maliyyə ehtiyaclarını daha asan qarşılamalarına kömək edəcək və eyni zamanda onlara bizneslərini genişləndirmək üçün sərfəli şərtlərlə maliyyə resurslarına çıxış imkanı təqdim edəcək.
Belə ki, "PAŞA Bank"da müştəri olmayan, yeni biznes hesabı açan sahibkarlar 1,000,000 AZN-ə qədər ölkədaxili köçürmələri, 300,000 AZN-ə qədər əməkhaqqı ödənişlərini komissiyasız həyata keçirə biləcəklər. Həmçinin, kampaniyaya qoşulan sahibkarlar 200 ədədədək maaş kartını və bir korporativ biznes kartını pulsuz əldə edəcəklər.
Komissiyasız ödənişlərdən və pulsuz əməkhaqqı kartlarından 31.03.2025-ci ilədək yararlanmaq mümkündür, biznes kartı isə 30.12.2024-cü il tarixinədək sifariş olunmalıdır.
Kampaniya çərçivəsində onlayn biznes kreditini əldə edən müştərilər komissiyada 25%, illik faiz dərəcəsində isə 1% endirimdən faydalanacaqlar. Beləliklə, endirimli komissiya 0.75% təşkil edir, illik faiz dərəcəsi isə 11%-dən başlayır. Üstəlik, kreditdən faydalanan müştərilər 100 AZN dəyərində "Azpetrol" hədiyyə kartı da əldə edəcəklər.
"Qışın sehri" kampaniyasının digər təklifinə görə, müştərilər faktorinq kreditindən 0% komissiya ilə yararlanacaqlar.
Həmçinin, ticarət kredit xətti üzrə komissiyaya 50% endirim tətbiq edilərək, endirimli komissiya 0.5% təşkil edəcək. Kredit xəttindən istifadə edən müştərilər bir ədəd 100 AZN-lik "Azpetrol" hədiyyə kartı qazanacaqlar.
Kiçik və orta biznes sahibləri kampaniya.pashabank.az saytına daxil olaraq ətraflı məlumat əldə edə və kampaniyaya müraciət edə bilərlər. Kampaniya 30 dekabr 2024-cü il tarixinədək davam edəcək.
Xatırladaq ki, "PAŞA Bank" kiçik və orta sahibkarlıq seqmentinin inkişafına verdiyi dəstəyə görə nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı" mükafatına layiq görülüb.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz. / banker.az

Banklar     Tarix: 03 dekabr 2024

Oxşar xəbərlər

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb


iqtisadi xeberler pul qazanmaq biznes xeberleri dollar məzənnəsi bitkoin