PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib

PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib"PAŞA Bank" ASC 2027–2029-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə hazırlaşır. Bank qarşıdakı üç ildə biznesin dayanıqlı böyüməsinə, kiçik və orta sahibkarlıq (KOS) və B2B ekosisteminin genişləndirilməsinə, süni intellekt texnologiyalarından istifadəyə və məhsuldarlığın artırılmasına xüsusi diqqət ayıracaq.
Marja.az xəbər verir ki, bu barədə "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri Cavid Quliyev LinkedIn hesabında məlumat verib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, ötən həftə bankın 200-dən çox rəhbər əməkdaşının iştirakı ilə keçirilən görüşdə 2024–2026-cı illərin nəticələri qiymətləndirilib və növbəti üç il üçün strateji istiqamətlər müzakirə olunub.
Cavid Quliyev bildirib ki, geridə qalan dövr bank üçün mühüm nailiyyətlər və dəyərli təcrübə ilə yadda qalıb. Əldə olunan nəticələr növbəti inkişaf mərhələsi üçün əsas yaradıb.
Bankın rəhbəri 2027–2029-cu illər üzrə əsas prioritetlərin biznesin dayanıqlı böyüməsi, KOS və B2B ekosisteminin genişləndirilməsi, risklərin idarə edilməsi, texnologiya və süni intellekt (AI) imkanlarından səmərəli istifadə, eləcə də məhsuldarlığın artırılması olacağını vurğulayıb.
Yeni strategiyanın mərkəzində isə müştəriyönümlülük dayanacaq.
Strateji görüş çərçivəsində bankın İdarə Heyətinin üzvləri Bəhruz Nağıyev, Murad Süleymanov və Pərvin Əhədzadə ilə panel müzakirəsi keçirilib. Müzakirələrdə qarşıdakı dövrün prioritetləri müxtəlif perspektivlərdən qiymətləndirilib.
Görüşdə "PAŞA Bank"ın Müşahidə Şurasının sədri və "PAŞA Financial Holding"in Baş İcraçı Direktorunun müavini Şahin Məmmədov da iştirak edib.
Cavid Quliyev bildirib ki, yeni strategiyanın uğurla həyata keçirilməsində komanda əməkdaşlığı və ortaq baxış mühüm rol oynayacaq.
"İnanıram ki, strategiyanın gücü onu həyata keçirən insanlardan başlayır. Ortaq baxış və əməkdaşlıq uğurumuzun əsası olacaq", – deyə bankın rəhbəri qeyd edib.
Yeni strateji istiqamətlərə dair açıqlamada konkret maliyyə hədəfləri, investisiya büdcəsi və ya rəqəmsal transformasiya layihələrinin detalları göstərilməyib.
PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilibPAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilibPAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib

Banklar     Tarix: 20 oktyabr 2026

Oxşar xəbərlər

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb. bankı

ABB-dən "Uşaq yığım" əmanəti

Müştərilərin fərdi istəklərinə uyğun universal məhsul və xidmətlər hazırlayan ABB "Uşaq yığım" əmanətini təqdim edib. Bu, uşaqların gələcək təhsili, maliyyə təminatı və digər ehtiyacları ilə bağlı 36 ay müddətin

Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi

Azərbaycanda bankların 9 aylıq xalis mənfəəti 1,08 milyard manatı ötüb – ABB, Kapital Bank və PAŞA Bank ilk üçlükdədir. 30 sentyabr 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəət göstəricilərin

"Morgan Stanley" IPO-lardan qazanıb, "BlackRock"un aktivləri $15,5 trilyona çatdı

ABŞ-da üçüncü rüb üzrə hesabat mövsümündə iri maliyyə şirkətlərinin nəticələri fərqli mənzərə yaradıb. "Morgan Stanley" ilkin kütləvi səhm təkliflərinin (IPO) fəallaşmasından və ticarət gəlirlərinin artmasında

"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb

"TuranBank" cari ilin yanvar-sentyabr aylarını 2 milyon 172 min manat xalis mənfəətlə başa vurub. Keçən ilin müvafiq dövründə bankın xalis mənfəəti 1 milyon 602 min manat təşkil etmişdi. Beləliklə, bankın xali

PAŞA Bankın 200-dən çox rəhbər əməkdaşı toplanıb – Yeni strategiya müzakirə edilib

"PAŞA Bank" ASC 2027–2029-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə hazırlaşır. Bank qarşıdakı üç ildə biznesin dayanıqlı böyüməsinə, kiçik və orta sahibkarlıq (KOS) və B2B ekosisteminin genişləndirilməsinə

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

"Bank VTB (Azərbaycan)"ın kredit portfeli 60 milyon manat artıb

"Bank VTB (Azərbaycan)" ASC-nin kredit portfeli 2026-cı ilin ilk 9 ayında 60 milyon 406 min manat və ya 24,8% artaraq 304 milyon 43 min manata çatıb. Bankın kredit portfelində ən yüksək artım istehlak kreditlər

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq


iqtisadi xeberler kripto depozit faizleri dollar mezenne bu gunun xeberleri