"PAŞA Bank"ın daha bir xidməti "SİMA İmza" vasitəsilə tam rəqəmsallaşdı

®Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "AzInTelecom" MMC tərəfindən yaradılmış "SİMA İmza" maliyyə institutları ilə əməkdaşlığını genişləndirməyə davam edir.
2022-ci ildən "SİMA"nın tərəfdaşı olan "PAŞA Bank" müştərilərinə təqdim etdiyi daha bir xidməti "SİMA" yeni nəsil rəqəmsal imza vasitəsilə rəqəmsallaşdırıb. Artıq müəssisə təsisçiləri biznes kreditlərinin onlayn rəsmiləşdirilməsi zamanı tələb olunan "zaminlik müqaviləsi" ni "SİMA İmza" ilə məsafədən imzalaya biləcəklər.
Bu günə qədər belə kreditlərin rəsmiləşdirilməsi zaman fiziki şəxslər olan təsisçi tərəfindən sənədlərin fiziki olaraq banka təqdim etməklə və ya digər bir sertifikatlaşdırılmış elektron imzanı əldə etməklə təqdim edə bilərdi. Digər sertifikatlaşdırılmış elektron imzanın alınması üçün həmin xidmət məntəqəsinə getməyi, tətbiq olunduqda isə müvafiq zəruri ödənişləri etməyi tələb edirdi.
Artıq "SİMA İmza" vasitəsilə qeyd edilən proses tam rəqəmsallaşdırılıb. Bununla da sahibkarın (təsisçinin) sənədi Banka gələrək fiziki imzalamaqla vaxt itirməsinə və ya digər sertifikatlaşdırılmış elektron imza əldə etmək üçün hər hansı xidmət məntəqəsinə getməsinə ehtiyac qalmadı. Bundan sonra təsisçilər "zaminlik müqaviləsi"ni "SİMA İmza" ilə dərhal imzalamaqla banka getmədən Şirkətlərinin krediti əldə etməsinə bilavasitə dəstək olacaqlar.
"SİMA" tətbiqinin pulsuz olması və əlçatanlığı "PAŞA Bank" müştəriləri üçün rahatlıq yaradır. Bunun üçün heç yerə getmədən mobil telefona yükləmək və qeydiyyatdan keçmək kifayətdir.
Xatırladaq ki, "PAŞA Bank" ilə həyata keçirilmiş öncəki inteqrasiyaya əsasən, bankın əməkhaqqı kartı sahibləri nağd pul kreditləri ilə bağlı sorğularını mobil tətbiq üzərindən göndərə, müvafiq sənədləri "SİMA" yeni nəsil rəqəmsal imza vasitəsilə imzalayaraq məsafədən kredit əldə edə bilirlər.
"SİMA İmza" həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlüklər yaradır. Yeni nəsil rəqəmsal imza ilə maliyyə xərcləri azalır, vaxt itkisi aradan qalxır. Həmçinin "SİMA İmza"nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma funksiyası istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır.
Vətəndaşların bu imkanlardan faydalanmaq üçün "SİMA İmza" tətbiqini mobil cihaza yükləməsi və bir dəfə qeydiyyatdan keçməsi kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran "SİMA İmza" ölkəmizdə biznes proseslərini sürətləndirəcək.
"SİMA" yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və "157" Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 30 noyabr 2023

Oxşar xəbərlər

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR

FINCA Azerbaijan 7 noyabr 2026-cı il tarixində Ağdaş şəhərində keçirilən II "Heyva Festivalı"nda iştirak edib. Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tuta

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb

"Bank Respublika" və "AccessBank"ın birləşməsi nəticəsində Azərbaycanın aktivlərinin həcminə görə dördüncü ən böyük bankı formalaşacaq. Yeni bankın ölkənin bank sektorundakı payının 7-8% olacağı gözlənilir

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti


iqtisadi xeberler bitkoin qiymeti kripto investisiya bitcoin