"PASHA Bank Cup VI" yarışının qalibləri müəyyən olub

®Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" tərəfindən keçirilən növbəti "PASHA Bank Cup" müsabiqəsi başa çatıb.
29 sentyabrda Bakı Mühəndislik Universitetində keçirilən final mərhələsində qüvvəsini sınayan 68 iştirakçıdan kateqoriyalar üzrə ümumilikdə 12 qalib seçilib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Tədbirdə çıxış edən "PAŞA Bank"ın idarə heyətinin üzvü Calal Orucov ölkədə İT sahəsində təhsil alan, eləcə də çalışan bacarıqlı kadrları üzə çıxarmaq istiqamətindəki fəaliyyətindən və "PASHA Bank Cup" müsabiqəsinin bu istiqamətdəki mühüm rolundan danışıb.
"Bu sahə ölkəmiz üçün ən strateji istiqamətlərdən biridir. "PAŞA Bank" olaraq, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kiber təhlükəsizlik və rəqəmsal mühəndislik sahələrində tədbirlərin təşkilini davam edəcəyik. Ölkəmizdəki təhsil ocaqları ilə yaxından əməkdaşlıq edərək, gənclər arasında bu sahəyə daha çox maraq yaratmağı hədəfləyirik,"deyə, C.Orucov qeyd edib.
"PASHA Bank Cup VI" yarışının qalibləri:
Məktəblilər
Fuad Qarayev
Ayxan Dəmirli
Həsən Əliyev
Tələbələr
Sahib Əliyev
Emil İnoçkin
Emin Orucov
Peşəkarlar
Ziya Mukhtarov
Rəşad Məmmədov
Cavid İbrahimov
"PAŞA Bank"lılar
Anar Verdiyev
Ülvi Aslanlı
Anar Məmmədov
Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara Bank tərəfindən MacBook Pro M3, iPad Pro 11 M4, Apple watch və digər dəyərli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, "PAŞA Bank", İT sahəsinin inkişafına töhfə vermək, eləcə də bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün "Rəqəmsal zirvələr" konfransı, "Hackathon"lar və bir sıra layihələr həyata keçirib və bu istiqamətdə fəaliyyətini davam etdirməkdədir.
/ banker.az

Banklar     Tarix: 01 oktyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğd

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı

"Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı balansındakı bəzi əmlakların satışı üzrə müsabiqə keçirmişdir. Müsabiqənin qalibinin müəyyənləşdirilməsi vaxtını 13 noyabr 2026-cı il saat 11:30-a keçirib. xəbər veri

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr


iqtisadi xeberler bitkoin bitcoin qiymeti kripto dollar manat kursu