"PASHA Bank Georgia"nın aktivləri yarım milyardı keçdi, ili mənfəətlə bitirdi

Azərbaycanın ən iri korporativ bankı "PAŞA Bank" ASC-nin Gürcüstan törəməsi "PASHA Bank Georgia" SC 2023-cü il üzrə audit hesabatını açıqlayıb. Hesabatı "BigFour"a daxil olan nüfuzlu "E&Y" audit şirkəti aparıb.
Banker.az xəbər verir ki, 2023-cü ildə törəmə bank cəmi faiz gəlirlərini 25.3 faiz artırmaqla 54.25 milyon lariyə yüksəldib. Hesabata əsasən, gəlirlərin 42.6 mln. larisi kreditlər üzrə faizlərdən əldə edilib.
"PASHA Bank Georgia"nın 19.02 mln. lari faiz xərcləri, 11.92 mln. lari qeyri-faiz gəlirləri və 40.37 mln. lari qeyri-faiz xərcləri olub.
Beləliklə, törəmə bank 2023-cü ildə 1.7 mln. lari xalis mənfəət əldə edib. Halbuki öncəki ildə 2.26 mln. lari zərər etmişdi.
(30.12.2023: 1 ABŞ dolları=2.66 Gürcü larisi, 1 lari=0.6278 manat)
Törəmə bankın aktivləri 3 faiz artmaqla 532.37 mln. lari təşkil edib. Bu aktivlərin 336.11 mln. larisi müştərilərə verilmiş kredit, 65.23 mln. larisi isə qiymətli kağızlara investisiyalardır.
Bank ötən il müştərilərdən cəlb etdiyi əmanətlərin həcmini 6.2 faiz artırmaqla 288.85 mln. lariyə çatdırıb.
Xatırladaq ki, kommersiya bankı qonşu Gürcüstan bazarına 2023-cü ildən daxil olub və onun 136.8 mln. lari nizamnamə kapitalı var. Bankın əsas ana şirkəti Azərbaycanda fəaliyyətdə olan "PAŞA Bank" ASC-dir. Lakin bankın ötən il yeni səhm emissiyasında əsas qrup "PASHA Holding" MMC iştirak edib və beləliklə, onun payı 14.64 faizə yüksəlib.

Banklar     Tarix: 01 mart 2024

Oxşar xəbərlər

Azərbaycanda banklararası istinad faizi yüksəlib

Azərbaycanda banklararası təminatsız pul bazarında istinad faiz dərəcəsi olan AZIR oktyabrın 19-dan etibarən kəskin yüksəlib. xəbər verir ki, Mərkəzi Bankın açıqladığı son göstərici bençmark 6,2361% təşkil edir. Bu, oktyabrı

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

Bank olmayan kredit təşkilatına lisenziya verilib

Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən, "HERMES Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətin

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®

Xalq Bank ABŞ dolları ilə təqdim olunan əmanət məhsulları üzrə illik faiz dərəcələrini artırdı. Yenilənmiş şərtlərə əsasən, bu valyutada yerləşdirilən vəsaitlər üzrə illik gəlirlilik 3%-dək yüksəldilib. Yeni faiz dərəcələr

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya


iqtisadi xeberler kicik biznes leobank kart internetden pul qazanmaq dollar manat kursu