Paşinyan: "İlham Əliyev və Şarl Mişellə müzakirələr asan olmayıb
"Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişellə müzakirələr asan olmayıb".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Müzakirə asan deyildi, həcmli idi. Ancaq hədəflərimiz dəyişməz olaraq qalır, bu, elan etdiyimiz sülh gündəliyidir. Və onu həyata keçirmək üçün bizə qətiyyət lazımdır", - Paşinyan bildirib.
Onun sözlərinə görə, bu gündəliyin həyata keçirilməsi asan və aydın proses deyil.
"Lakin biz ardıcıl işləməliyik və hesab edirəm ki, bu həm də xalqımızın bizim regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olması arzusudur. Biz diqqətimizi bu problemin həllinə yönəltməliyik", - Paşinyan bildirib.
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi