Paşinyan ticarət mərkəzində partlayış baş verən əraziyə GƏLDİ - VİDEO
Paşinyan bazar ertəsi səhər saatlarında "Surmalu" ticarət mərkəzində partlayış baş verən yerə gəlib.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan səhər tezdən "Sürmalu" ticarət mərkəzində hadisə yerinə baş çəkib. Ermənistan Nazirlər Kabinetinin rəhbərini İrəvan meri Qraçya Sarkisyan qarşılayıb.
Xatırladaq ki, avqustun 14-də günorta İrəvanda "Surmalu" ticarət mərkəzində güclü partlayış, ardınca isə yanğın baş verib. Son məlumatlara görə, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb.
Hazırda 6 nəfərin öldüyü barədə rəsmi məlumat verilir, daha 17 nəfər itkin düşənlər siyahısındadır. Xilasedicilər bütün gecə dağıntıları təmizləyib, dağıntıların altında qalan insanları çıxarıblar.
Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış pirotexnika mağazasında baş verib.
Xuraman Etibarlı,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Cash Back nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?