Paytaxtda kirayə ev tapılmır: Qiymətlər daha da arta bilər - VİDEO
Kirayə mənzil bazarında ciddi qıtlıq yaşanır. Elə buna görə də artıq bəzi ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslər ofislərinin girişinə "Kirayə mənzil yoxdur" elanları vurublar.
Xezerxeber.az-ın məlumatına görə, rieltorlar deyirlər ki, qıtlığın əsas səbəblərindən biri Bakıda söküntülərin çox olmasıdır. Digər səbəb isə tələbə faktorudur. Artıq tələbələr əvvəlki illərdəki kimi kirayə qaldıqları mənzilləri yay aylarında təhvil vermirlər.
Uzun illərdir rieltorluqla məşğul olan Həşim Qədirov bildirir ki, bazarda kirayə mənzil təklifi az olduğundan qiymətlər də günü-gündən artır. İndi mərkəzdənkənar sayılan Sabunçu, Yasamal, Xətai və Nizami rayonlarının bəzi ərazilərində 300 manatdan aşağı ev yoxdur.
Mərkəzə yaxın yerlərdə isə qiymətlər xeyli yüksəkdir. Məsələn, "Nərimanov", "Gənclik" və "Elmlər Akademiyası" metro stansiyalarının yaxınlığında ikiotaqlı mənzillər 500 manatdan bahadır.
Bildirilir ki, universitetə yeni qəbul olacaq tələbələrin xüsusilə sentyabr ayının əvvəllərində Bakıya gələcəyi nəzərə alınsa, qiymətlər daha da arta bilər.
Ətraflı süjeti təqdim edirik:

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Cash Back nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?