Polis "Papanin"də yenidən əməliyyat keçirdi - Saxlanılanlar var
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə rayonun "Papanin" kimi tanınan Asəf Zeynallı və Namiq Məlikov küçələrində daha bir əməliyyat keçirilib.
azxeber.com DİN-in Mətbuat xdmətinə istinadən xəbər verir ki, ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha Murad Muxtarov, Ədalət Camalov, Dilavər Qasımov, Rauf Mirzəyev, Zülfi Xəlfəquliyev və Faiq Sadıqov tutulublar. Həmin şəxslərin hər birindən külli miqdarda heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri istifadə etməklə yanaşı paytaxt ərazisində satışı ilə də məşğul olduqlarını da bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, bu, son 1 ay ərzində "Papanin"dəki üçüncü əməliyyatdır. Həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 20-yə yaxın şəxs saxlanılıb.
Nəsimi RPİ tərəfindən keçirilən daha bir əməliyyat zamanı 3-cü mikrorayon ərazisində yerləşən marketlərin birində quraşdırılan "E-manat" terminalını qıraraq orada olan 8400 manatı oğurlayan şəxslər tutulublar. Əməliyyat zamanı hadisəni törədən Tahib Əmiraslanov və Eldar Zeynalov saxlanılaraq istintaqa cəlb ediliblər. Bu şəxslər ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. Tahib Əmiraslanov və Eldar Zeynalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nəsimi Rayon Polis İdarəsinə və ya ərazi üzrə digər ərazi polis orqanlarına məlumat verə bilərlər.



Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Fond birjası nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Dünyanın ən varlı 10 adamı
Dünyanın ən çox maaş verən şirkətləri