Polşa Almaniyadan 1,3 trilyon dollar təzminat tələb edəcək
Poşla İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə Almaniyadan təzminat tələb etmək qərarına gəlib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polşanın hakim "Hüquq və ədalət" partiyasının lideri Yaroslav Kaçinski bildirib.
O qeyd edib ki, Poşla təzminatların həcmini 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) qiymətləndirir.
"Almaniya heç vaxt Polşaya qarşı törətdiyi cinayətlərə görə məsuliyyət daşımayıb. Biz alman xalqının mənlik şüurunu bərpa etməyə çalışmalıyıq. Alman təcavüzü nəticəsində Polşanın itkilərinin həcmi 6,2 trilyon zlotıdan artıqdır", – deyə Kaçinski Polşanın hərbi itkiləri ilə bağlı hesabatı təqdim edərkən bildirib.
O vurğulayıb ki, hesabatın təqdimatı təkcə görülən işlərin və sənədləşdirmənin nümayişi deyil, həm də beynəlxalq səviyyədə Polşa-Almaniya münasibətlərində təzminat məsələsinin gündəmə gətirilməsidir.
Qeyd edək ki, 2017-ci ildə Polşa Almaniyadan təzminat almaq məsələsi ilə bağlı xüsusi parlament komissiyası yaradıb. Berlin 1953-cü ildə Varşavaya rəsmi olaraq təzminat ödəməkdən imtina edib.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Proqramçılar üçün TOP-5 Freelance sayt