Prezident: "Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır"
Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah biz həm Sizinlə, həm nümayəndə heyətlərinin üzvləri ilə planlarımızı ətraflı müzakirə edəcək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirəcəyik.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.
Dövlət başçısı qeyd edib ki, əmtəə dövriyyəsinin göstəriciləri qaneedici deyil.
"Lakin, fikrimcə, bizim nəzərdə tutduğumuz planlar qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edərik", – Azərbaycan Prezidenti diqqətə çatdırıb.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Necə Bitcoin almaq olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Bill Qeyts kimdir?
İnstaqramda biznes qurmağın yolları