Prezident beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu ünvanladı

Prezident beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu ünvanladıAzərbaycan Prezidenti İlham Əliyev Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu ünvanlayıb.
KONKRET.azxəbər verir ki, məktubda deyilir:
Hörmətli konfrans iştirakçıları!
Sizi – Azərbaycan Ali Məhkəməsinin 100 illik yubileyinə həsr olunan "Ali məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar" mövzusunda beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, konfrans çərçivəsində məhsuldar müzakirələr arzulayıram.
Müasir Azərbaycan Respublikasının hüquqi varisi olduğu Azərbaycan Xalq Cümhuriyyətində dövlət quruculuğu sahəsində əsaslı tədbirlər görülmüş, o cümlədən yeni məhkəmə-hüquq sisteminin təsis edilməsi ilə bağlı tarixi qərarlar qəbul edilmiş, birinci instansiya və apellyasiya instansiyası məhkəmə orqanları fəaliyyətə başlamışdır. 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süquta uğraması səbəbindən Azərbaycanda kassasiya instansiyası məhkəməsinin yaradılması yalnız ölkə tarixinin növbəti mərhələsində mümkün olmuşdur.
1923-cü ildə təsis edilmiş ali məhkəmə orqanı sovet dövrünün bütün çətin sınaqlarından keçmiş, məhkəmə sisteminin təkmilləşdirilməsində, hüququn və onun tətbiqi təcrübəsinin zənginləşdirilməsində, peşəkar milli hüquqşünas kadrların yetişdirilməsində iştirak etmişdir.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi müəyyənləşdirilmiş, Ali Məhkəmə başda olmaqla müstəqil, üçpilləli məhkəmə sistemi təsbit edilmişdir. Məhz Ulu Öndərin siyasi iradəsi nəticəsində, mütərəqqi hüquqi yanaşmalar və modellər nəzərə alınmaqla, müasir Azərbaycan məhkəmə sisteminin yaradılması məqsədilə fundamental islahatlar aparılmışdır.
Məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olmuşdur. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir. Qeyd edilən istiqamətlərdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsində Ali Məhkəmənin xüsusi rolu vardır. Ali Məhkəmə cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi institutlarının formalaşdırılması sahəsində məqsədyönlü fəaliyyətini bundan sonra da davam etdirməli, insan hüquqlarının müdafiəsinə yönəlmiş yeni hüquqi mexanizmlərin müəyyənləşdirilməsinə, məhkəmələrdə hüquqi məsələlərin həllində vahid təcrübənin təmin edilməsinə töhfə verməlidir.
Müasir cəmiyyətlərin qarşılaşdığı yeni çağırışlar ədalət mühakiməsi institutlarının da fəaliyyətinə təsir göstərir. Pandemiyalar daxil olmaqla müxtəlif böhran vəziyyətlərində məhkəmələrin insanlar üçün əlçatanlığının, bununla belə məhkəmə prosesinin çevikliyinin və ədalətliliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətində qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və süni intellekt elementlərinin tətbiqi, eyni zamanda, bu texnoloji yeniliklərdən insan hüquqlarına və etik prinsiplərə riayət olunmaqla istifadə edilməsi, ictimai münasibətlərin sürətlə dəyişməsi ilə əlaqədar hüququn təkamülü və onun sabitliyinin qorunması məqsədləri arasında effektiv balansın təmin edilməsi kimi məsələlər belə çağırışlar sırasındadır.
Ümidvaram ki, bugünkü beynəlxalq konfrans çərçivəsində müasir çağırışların müzakirəsi ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına, bununla da cəmiyyətimizin tərəqqisinə dəyərli töhfə verəcəkdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini və işçilərini 100 illik yubiley münasibətilə təbrik edir, peşə fəaliyyətində uğurlar arzulayıram!

Xəbərlər     Tarix: 13 fevral 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm


iqtisadi xeberler bank faizleri online pul qazanmaq internetden pul qazanmaq bitcoin qiymeti