Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədi

Prezident daha bir qanuna dəyişikliyi təsdiqlədiPrezident İlham Əliyev "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
KONKRET.az xəbər verir ki, sənədə əsasən, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
– 1-ci maddənin birinci hissəsi üzrə:
– üçüncü abzasa "hər iki valideyni" sözlərindən sonra "aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan" sözləri əlavə edilsin;
-. on doqquzuncu abzas iyirminci abzas hesab edilsin və həmin abzasa "qəyyumun (himayəçinin)" sözlərindən sonra ", himayədar valideynin (himayədar ailənin)" sözləri əlavə edilsin;
– aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:
"himayədar valideyn (himayədar ailə) – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad);".
– 3-cü maddə üzrə:
– dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.";
– aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar valideynlərə (himayədar ailəyə) verildikdən sonra da bu maddədə və bu Qanunun 5 – 8-ci maddələrində nəzərdə tutulmuş təminatlara olan hüquqlarını saxlayırlar.".
– 7-ci maddənin dördüncü hissəsinə "qəyyumun (himayəçinin)," sözlərindən sonra "himayədar valideynin (himayədar ailənin)," sözləri əlavə edilsin.

Xəbərlər     Tarix: 12 iyul 2023

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c


iqtisadi xeberler dollar manat kursu avtomobil xeberleri en son xeberler biznes krediti