Prezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİB

Prezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBSentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.
KONKRET.azxəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Əvvəlcə dövlət başçısı səfirliyin həyətində ağac əkib.
Sonra Prezident İlham Əliyev səfirliyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Azərbaycan Prezidenti yeni binada yaradılan şəraitlə tanış olub.
Prezidentin köməkçisi Anar Ələkbərov və Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə dövlət başçısına binada yaradılan şərait barədə məlumat veriblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.
Bildirilib ki, ötən əsrin 40-cı illərində inşa edilmiş bina diplomatik nümayəndəliklərin yerləşdiyi Nomentano-Villa Torlonia ərazisindəki Via Giovanni Battista De Rossi 27 ünvanındadır.
Binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub.
Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir. Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.
Mədəniyyət Mərkəzinin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Qədim silahlar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksessuarlar da daxil olmaqla bütün eksponatlar Azərbaycanın qədim, zəngin tarixindən və mədəniyyətindən xəbər verir. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür imkan yaradılıb.
Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələrinin təqdim edildiyi mərkəzdə qədim xalça və xalça məmulatlarının geniş çeşidi sərgilənir. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə italyan dilində məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri, ölkəmizdə qədimdən yaranıb formalaşan rəssamlıq sənəti – miniatür məktəbi barədə ətraflı məlumat verilir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir.
Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.
Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən "Mənim Azərbaycanım" adlı rəsm sərgisi ilə də tanış olub. Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.
Mərkəzdə iki ölkə arasında elm-təhsil mübadilələri çərçivəsində onlayn dərslərin keçirilməsi, Azərbaycan dilinin tədrisi üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq da vardır. Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Qədim musiqi alətlərimizin sərgisi təşkil olunub və bütün musiqi janrlarımızla bağlı CD-lər və italyan dilində nəşrlərdən ibarət guşə də yaradılıb. Bundan başqa, mərkəzdə Azərbaycanın milli mətbəxinin nümunələrinin hazırlanması və müvafiq master-klasların və təlimlərin keçirilməsi üçün şərait var.
Binanın səfirlik üçün nəzərdə tutulan iş otaqlarında fəaliyyət üçün hər cür şərait yaradılıb. Görüş otaqlarında Azərbaycan-İtaliya münasibətlərinin ən vacib məqamları, Azərbaycan Respublikası Prezidentinin azad olunmuş ərazilərə səfərləri, İtaliyada Azərbaycanla bağlı dərc olunmuş kitablarla bağlı fotosərgilər yerləşdirilib.
Binanın beşinci mərtəbəsində tədbirlərin keçirilməsi üçün Roma şəhərinin mənzərəsinə açılan böyük terras var.
Səfirliyin binasının həyətində "Xarı bülbül" beynəlxalq incəsənət festivalının qaliblərinin müəllifi olduqları "Xarı bülbül" maketləri nümayiş olunur.
***
12:43
Sentyabrın 1-də Romada Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyinin yeni binasının açılışı olub.
KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Əvvəlcə dövlətimizin başçısı səfirliyin həyətində ağac əkib.
Sonra Prezident İlham Əliyev yeni binada yaradılan şəraitlə tanış olub.
Prezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİBPrezident İtaliyada yeni səfirlik binasının açılışında iştirak edib - FOTO + YENİLƏNİB

Xəbərlər     Tarix: 01 sentyabr 2022

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml


iqtisadi xeberler rubl mezenne kripto bitkoin qiymeti dollar manat kursu