Prezident Səudiyyə Ərəbistanının Kralını TƏBRİK ETDİ
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
KONKRET.az-ın xəbərinə görə, məktubda deyilir:
"Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Səudiyyə Ərəbistanını xalqlarımızın ortaq mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq münasibətləri birləşdirir. Daim genişlənən siyasi dialoqumuz, dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsi əməkdaşlığımızın hərtərəfli inkişafına böyük töhfə verir. Hazırda bu xoş ənənələr üzərində qurulan, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın müvəffəqiyyətlə inkişaf etməsi məmnunluq doğurur.
Qardaş ölkənizin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini xalqımız heç zaman unutmur.
Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi iqtisadi sahədə, xüsusilə də energetika sahəsində əməkdaşlıq imkanlarımızı daha da artırmışdır. Eyni zamanda, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən olan "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının tikintisi bərpaolunan enerji sahəsində səmərəli əməkdaşlığımızın bariz nümunəsidir.
Əminəm ki, qardaş xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan-Səudiyyə Ərəbistanı dostluq münasibətləri, güclü İslam həmrəyliyinə əsaslanan ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə genişlənəcək və möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Onlayn biznes ideyaları
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?