Proqnoz: Azərbaycanda kredit kartlarının standartlarda sərtləşmə gözlənilir

Proqnoz: Azərbaycanda kredit kartlarının standartlarda sərtləşmə gözlənilir2024-cü ilin II rübündə cəmi istehlak kreditləri üzrə kredit standartlarında dəyişiklik nəzərə çarpmasa da, kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinda bildirilir.
Banklar əvvəlki rübdən fərqli olaraq əməkhaqqı kreditləri üzrə kredit standartlarında dəyişiklik müşahidə etmədiklərini bildiriblər.
Sorğuya əsasən banklar 2024-cü ilin III rübündə əməkhaqqı kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını və kredit kartları üzrə standartlarda sərtləşmələrin yer alacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən ümumi istehlak kreditlərinə tələb artıb. Sorğuda iştirak edən respondentlərin cavablarına görə bu artım əsasən əməkhaqqı kreditləri və məişət avadanlıqlarının alınması üzrə verilən kreditlər hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə tələbdə dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Sorğu nəticələrinə əsasən istehlak kreditləri üzrə inflyasiya gözləntiləri və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. Əvvəlki rüblə müqayisədə bankın mövcud və gözlənilən likvidlik mövqeyi sərtləşdirici faktor kimi daha az təsirə malik olub. Həmçinin cari ilin I rübündən fərqli olaraq II rübdə bankın mövcud və gözlənilən kapital mövqeyi ipoteka kredit standartlarına yumşaldıcı faktor kimi təsir edib. Sorğuya əsasən digər banklarla rəqabət də kredit standartlarına yumşaldıcı təsir etmişdir.Proqnoz: Azərbaycanda kredit kartlarının standartlarda sərtləşmə gözlənilirProqnoz: Azərbaycanda kredit kartlarının standartlarda sərtləşmə gözlənilir

Banklar     Tarix: 03 sentyabr 2024

Oxşar xəbərlər

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

İcbari sığortanın müddəti bitəndə "mygov" da xəbər verəcək

İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb


iqtisadi xeberler biznes ideyalari biznes krediti telefonla pul qazanmaq bitkoin almaq