Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin®Pul yığmaq gələcək planları reallaşdırmağın ilk addımıdır. Bəs qısa müddətli yığılan pullar əlavə gəlir də qazandıra bilərmi? Birbank Yığım hesabı ilə toplanan vəsait hər gün hesablanan faizlər hesabına artır. Beləliklə, gələcək planlar üçün ayırılan vəsait sadəcə kənarda qalmır, sahibinə əlavə gəlir də gətirir.
Belə ki, Birbank Yığım hesabındakı vəsaitə illik 7%, ABŞ dolları ilə isə 2,5% gəlir hesablanır. Məhsulun əsas üstünlüklərindən biri də hesablanan faizlərin hər gün balansa əlavə edilməsidir. Bu isə yalnız əsas məbləğin deyil, əvvəlki günlərdə qazanılan faizlərin də növbəti günlərdə gəlir gətirməsi deməkdir. Nəticədə hesabdakı vəsait gündəlik olaraq artmağa davam edir.
Yığım hesabı istifadəçilərə vəsaitlərini tam sərbəst idarə etmək imkanı da yaradır. Hesabı minimum 0 AZN və ya 0 ABŞ dolları ilə açmaq, istənilən vaxt vəsait əlavə etmək, eləcə də qazanılmış faizləri itirmədən ehtiyac yarandıqda hesabdan pul çıxarmaq mümkündür. Bütün əməliyyatlar Birbank mobil tətbiqi vasitəsilə bir neçə dəqiqə ərzində həyata keçirilir və hesabı istənilən vaxt rahat şəkildə izləmək olur.
Yığım hesabı gələcək planları üçün sistemli şəkildə vəsait toplamaq istəyənlər, eləcə də yığımlarının hər gün əlavə gəlir gətirməsini arzulayanlar üçün əlverişli seçimdir. İstər səyahət, təhsil, avtomobil və ya mənzil almaq məqsədilə yığım edənlər, istərsə də vəsaitini qısa müddətdə dəyərləndirmək istəyənlər bu məhsuldan rahatlıqla yararlana bilərlər. 
Ətraflı məlumat üçün link:
Yığım hesabını Birbank mobil tətbiqində "Əmanətlər" bölməsindən "Yığım hesabı aç" seçimi ilə və ya ən yaxın Kapital Bank/Birbank filialına yaxınlaşaraq asanlıqla açmaq mümkündür.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 01 sentyabr 2026

Oxşar xəbərlər

PAŞA Bankın səhmləri hesabat və dividend xəbəri öncəsi bahalaşıb

"PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmləri doqquz aylıq hesabatın açıqlanması və oktyabr dividend ödənişi fonunda bahalaşıb. (İnvesitsisya) xəbər verir ki, səhm bu gün 0,5% artaraq 54,57 manata çatıb. Qiymət sentyabrı

"Rabitəbank"ın ipoteka və biznes kreditləri daha sürətlə artır

"Rabitəbank" ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 84 milyon 124 min manat və ya 8,9% artaraq 1 milyard 25 milyon 413 min manata çatıb. Kredit portfelində ən böyük pay bizne

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə" adlı tədbir keçirilib

Oktyabrın 14-də JW Marriott Absheron Bakı hotelində baş tutan tədbirdə dövlət qurumlarının, maliyyə institutlarının, nəqliyyat və logistika sektorunun, eləcə də iri biznesin rəhbər nümayəndələri bir araya gəliblər. Tədbiri

AMB və Slovakiya Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb

Slovakiya Milli Bankı və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə AMB-nin sədri Taleh Kazımov "X" hesabında paylaşım edib. "Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İlli

"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb

Hörmüz boğazının bağlanması inflyasiya təzyiqlərinin güclənməsi və faiz dərəcələrinin artması ilə nəticələnərək ABŞ-nin iri banklarının səhmlərinin ciddi şəkildə ucuzlaşmasına səbəb olub. Bu barədə "Fars" agentliy

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

"Bank VTB (Azərbaycan)"ın kredit portfeli 60 milyon manat artıb

"Bank VTB (Azərbaycan)" ASC-nin kredit portfeli 2026-cı ilin ilk 9 ayında 60 milyon 406 min manat və ya 24,8% artaraq 304 milyon 43 min manata çatıb. Bankın kredit portfelində ən yüksək artım istehlak kreditlər

Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib

Dünya Bankı Qrupu 2026-cı maliyyə ilində Azərbaycanda təxminən 100 milyon ABŞ dolları həcmində özəl kapital səfərbər edib. Bu barədə Dünya Bankı Qrupunun məlumatında bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredi


iqtisadi xeberler bu gunun xeberleri valyuta xeberleri dollar manat kursu dollarin kursu bu gun