"Qarabağ"ın rəqibinin Bakıya SƏFƏR PROQRAMI
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq Çexiya "Viktoriya"sının Bakıya səfər planı açıqlanıb.
KONKRET.az klubun saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi sabah səhər saatlarında Bakıya yola düşəcək.
Saat 19:45-də "Viktoriya"nın baş məşqçisi Mixal Bilekin mətbuat konfransı olacaq. Saat 20:30-da isə komanda matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" – "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir