Qeyri-sabit hava şəraiti ilə əlaqədar Aqrar Sığorta Fonduna 800-dən çox müraciət daxil olub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Aqrar Sığorta Fonduna 800-dən çox müraciət daxil olubAzərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna müraciətlər davam edir.
Aqrar Sığorta Fondunun məlumatına görə, 2024-cü ilin 5 ayında aqrar sahəyə dəyən zərərlər üzrə fonda müraciətlərin sayı 800-ü keçib. Müraciətlərin yarıdan çoxu havaların kəskin dəyişdiyi may ayında qeydə alınıb.
Qeyri-sabit hava şəraiti ilə əlaqədar Aqrar Sığorta Fonduna 800-dən çox müraciət daxil olubDaxil olan müraciətlər əsasən dolu, intensiv yağışlar, sel-subasma, qasırğa kimi hadisələrə aiddir.
Ümumilikdə fermerlər tərəfindən müraciətlər 40-a yaxın rayondan qəbul edilib. Bunlara Qazax, Şəki, Qobustan, Sabirabad, Kürdəmir, Saatlı, İmişli, Ağcabədi, Ağdam, Ağsu, Balakən, Zaqatala, Qax, Beyləqan, Bərdə, Goranboy, İsmayıllı və s. rayonlar aiddir. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hadisələrlə bağlı müraciətlər təqribən 26 rayondan daxil olmuşdu.
Əkin sahəsinə zərərlə bağlı müraciətlər Fondun sığorta təminatı verdiyi bitki məhsullarının əksəriyyətini əhatə edir. Belə ki, müraciətlər arpa, buğda, albalı, gilas, xurma, pambıq, fındıq, alça, badam, şaftalı, nektarin, gavalı, armud, tütün, qoz, ərik, günəbaxan, üzüm təsərrüfatlarına dəyən zərərlə bağlıdır.
Ötən il ümumi müraciətlərin 80 faizi taxıl bitkiləri ilə bağlı olduğu halda, bu il isə müraciətlərin yarısı bağçılıq və digər bitkiçilik əkinləri üzrədir.
Qeyd edək ki, Aqrar Sığorta Fondu tərəfindən 41 bitki növü üzrə sığorta təminatı verilir.
Fermerlərin təsərrüfatlara dəyən zərər barədə Fondun 1651 Çağrı mərkəzinə ən qısa müddətdə məlumat verməyi tövsiyyə olunur. Aqrar sığorta qaydalarına əsasən təsərrüfat sahibləri əkin sahələrinə dəyən zərərlə bağlı 10 gün ərzində Aqrar Sığorta Fonduna məlumat verməlidirlər.
Qaydalara əsasən, müraciət daxil olduqdan sonra həmin ərazilərə müstəqil aqrar sığorta ekspertləri təyin edilir, ekspertlər bölgəyə gedərək hadisəni qeydə alır və zərəri ilkin olaraq hesablayırlar. Biçin və məhsul yığımı ərəfəsində aparılacaq yekun qiymətləndirmədə əkin sahəsinə dəyən zərər təkrar dəyərləndirilir, müvafiq sənədlər toplandıqdan sonra yekun rəy əsasında fermerə sığorta ödənişinin verilməsi barədə qərar qəbul edilir. / marja.az

Banklar     Tarix: 10 iyun 2024

Oxşar xəbərlər

"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb

"PAŞA Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 41 milyon 147 min 189 manat xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə 40 milyon 158 min manat xalis mənfəət əldə etmişdi. Beləliklə

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq

Niderlandın ING bankı Mərkəzi Asiya və Qafqaz (CCA) regionunun 2027-ci il üzrə iqtisadi və monetar perspektivlərini qiymətləndirib.  xəbər verir ki, ING-nin baza ssenarisinə əsasən, Azərbaycan Mərkəzi Bankının 2027-ci ild

"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri

"FINCA Azerbaijan" MMC Qeyri-Bank Kredit Təşkilatı ("FINCA Azərbaycan") 2026-cı ilin ilk altı ayını 998 min 520 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 185 min 31

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi

ABB Azərbaycan Banklar Assosiasiyasının Bakının Müşfiqabad qəsəbəsində təşkil etdiyi növbəti ağacəkmə aksiyasında iştirak edib. Aksiya Azərbaycan Respublikasının Mərkəzi Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbayca

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind


iqtisadi xeberler online pul qazanmaq rubl mezenne biznes ideyalari biznes krediti