Qırğızıstan və Tacikistandakı Rusiya bazaları döyüş hazırlığı vəziyyətinə gətiriləcək

Qırğızıstan və Tacikistandakı Rusiya bazaları döyüş hazırlığı vəziyyətinə gətiriləcəkRusiya Tacikistan və Qırğızıstandakı bazalarının döyüş hazırlığını artırır.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin hərbi rəhbərlərinin görüşündə bildirib.
O qeyd edib ki, Əfqanıstanda terror təşkilatları fəallaşır. Buna görə də, Mərkəzi Asiyada vəziyyət ciddi təhlükəsizlik problemi olaraq qalır.
"Sosial-iqtisadi vəziyyət pisləşir, dini radikalizm ideologiyası aşılanır, narkotiklərin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlıq çoxalır", – rusiyalı nazir deyib.
Qeyd edək ki, Qırğızıstanda Rusiyanın birgə hərbi bazası yerləşir. Bura Kant aviabazası və Rusiya Hərbi Dəniz Qüvvələrinin bazası daxildir.
Tacikistanda isə Rusiyanın 201-ci hərbi bazası yerləşir.
Məlumata görə, "Taliban" hakimiyyətə gəldikdən sonra Əfqanıstandan Mərkəzi Asiyaya narkotik vasitələrin daşınması artıb. 2022-ci ilin birinci rübündə Tacikistanda 14,5 dəfə çox əfqan narkotiki ələ keçirilib.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 24 avqust 2022

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano


iqtisadi xeberler iqtisadiyyat xeberleri biznes xeberleri bank faizleri biznes krediti