Qlobal bazarlarda son vəziyyət

Qlobal bazarlarda son vəziyyətYapon yeni həftənin əvvəlində Yaponiyanın rüblük ÜDM-i ilə bağlı yekun göstəricilərin proqnozların altında dərc olunmasından sonra dollar qarşısında dəyər itirir. USD/JPY valyuta cütlüyü bugün 141.960 həddindən 143.070 həddinə qədər yüksəlib. Eyni zamanda, EUR/USD 1.1090 səviyyəsindən 1.1070 səviyyəsinə kimi ucuzlaşıb. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşı olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.14% artaraq 101.32 bənd təşkil edir.
Son rübdə Yaponiyanın ÜDM-i, yekun məlumatlara əsasən, illik ifadədə 2.9% artıb (Əgər ÜDM ardıcıl dörd rüb eyni sürətlə artıbsa). Proqnozlar isə 3.1%-lik artımın olması yönündə idi. Rüblük ifadədə artım 0.7% təşkil edib. Qeyd etmək lazımdır ki, ötən həftə Amerika valyutası yen qarşısında 2.7% ucuzlaşıb. Cümə günü açıqlanan məlumatlar isə ABŞ-ın Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayının proqnozların altında olduğunu göstərdi.
Qlobal bazarlarda son vəziyyətYeni həftənin başlaması ilə qızılın qiyməti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) qərarları ərəfəsində və dolların bir qədər bahalaşması sonunda ucuzlaşır. Səhər saatlarında dəyərli metal 2500$ səviyyəsindən 2487$ səviyyəsinə qədər ucuzlaşdı, hal-hazırda isə 2490$ həddində ticarət olunur.
Bu həftənin çərşənbə günü ABŞ-da inflyasiya göstəriciləri dərc olunacaq. Bazar iştirakçıları FED-in sentyabr ayında baş tuta biləcək faiz azaldılmasına dair daha çox ipucları əldə etmək ümidi ilə İstehlak Qiymətləri İndeksi göstəricilərinin dərc olunmasını maraqla gözləyirlər. Verilən məlumatlara əsasən, analitiklərin 71%-i tənzimləyici qurumun faiz dərəcəsini 5-5.25%-ə qədər, 29%-i isə 4.75-5%-ə qədər azalacağını proqnozlaşdırır.
Həftənin cümə axşamı Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Analitiklərin proqnozlarına əsasən mərkəzi bank uçot dərəcəsini 4.25%-dən 3.65%-ə qədər endirəcək. Həmçinin, həftə ərzində dərc olunacaq Almaniyada inflyasiyaya dair göstəricilər, Avrozonanın Sənaye Sektorunda İstehsal Həcmi, Böyük Britaniyada İşsizlik Səviyyəsi, ölkə ÜDM-i və sənaye sektoruna dair rəqəmlər investorların diqqət mərkəzində olacaq digər əsas xəbərlərdir.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 09 sentyabr 2024

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler internetden pul qazanmaq bank faizleri valyuta kurslari biznes ideyalari