Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞDünən ABŞ-da açıqlanan inflyasiya məlumatlarının qarışıq siqnallar verməsindən sonra dünya birjalarında, xüsusilə major valyuta cütlüklərində üfüqi dalğalanma müşahidə olunur.
Dərc olunan məlumatlara görə, ABŞ-da İstehlak Qiymətləri İndeksi (CPI) avqust ayında ehtimal olunduğu kimi aylıq müqayisədə 0.6%, illik müqayisədə isə proqnozlaşdırılandan daha çox -  3.7% artıb. Aylıq müqayisədə bazar proqnozlarına uyğun olaraq artan CPI, 2022-ci ilin iyun ayından bəri ən böyük artımı qeyd etdi.
Eyni dövrdə, dəyişən enerji və ərzaq qiymətlərinin nəzərə alınmadığı İstehlak Qiymətlərinin Baza İndeksi aylıq müqayisədə 0.3%, illik müqayisədə isə 4.3% artıb. Sözügedən dövrdə baza inflyasiyası illik əsasda 2021-ci ilin sentyabrından bəri ən aşağı səviyyəsini qeyd edib. Baza inflyasiyası aylıq müqayisədə proqnozların üzərində açıqlansa da, illik baza inflyasiya ehtimal olunduğu kimi dərc edilib.
İnflyasiya göstəricilərinin dərcindən sonra valyuta bazarlarında qiymətlər FED-in gələn həftə keçiriləcək iclasında uçot faiz dərəcəsini sabit saxlama ehtimalının 97% olduğunu proqnozlaşdırmağa davam edir.
Nəticədə EUR/USD məzənnəsi 1.0720 - 1.0760, GBP/USD məzənnəsi isə 1.2450 - 1.2500 aralıqlarında üfüqi dalğalanmalarını davam etdirirlər. günü müvafiq olaraq 1.0750 və 1.2490 hədlərində tamamladılar. Əgər "buğalar" qiymətləri 1.07$ və 1.25$ həddlərinin üzərində saxlaya bilsələr, korrektiv artımlar bir qədər uzana bilər.
Bu gün isə Avropa Mərkəzi Bankının faiz qərarı valyuta birjalarında qiymətlərin formalaşmasında mühim rol oynaya bilər. AMB sürpriz faiz artımına gedərsə, bu avroda buy tendensiyasının qalıcılıq qazanmasına dəstək ola bilər.
Gün ərzində həmçinin Amerikada açıqlanacaq İstehsal Qiymətləri İndeksi, pərakəndə satış dövriyyəsinin həcmi və işsizlik müavinatı üçün ilk dəfə müraciət edənlərin sayı kimi önəmli iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitiklərin tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 14 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə


iqtisadi xeberler valyuta kurslari 1000 manatla biznes bitkoin avtomobil xeberleri