Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞBeynəlxalq birjalarda ötən gün ərzində dollar major valyutalar, xüsusi ilə Yapon yeni qarşısında kəskin şəkildə ucuzlaşıb. USDJPY valyuta cütlüyü ötən gün 151.950 səviyyəsini test etdikdən sonra ucuzlaşıb və hal-hazırda 150.000 səviyyəsinin yaxınlığında ticarət olunur. Dolların ucuzlaşması fonunda qızılın qiyməti bahalaşıb. Belə ki, dəyərli metal 2660$ səviyyəsinin üzərinə qalxıb. 
Cümə axşamı günü Almaniyanın Federal Statistika İdarəsinin verdiyi məlumatlara əsasən, ölkədə İstehlak Qiymətləri İndeksi noyabr ayında illik ifadədə 2.2%, aylıq ifadədə isə -0.2% təşkil edib. Analitiklər illik inflyasiyanın 2.3% olacağını proqnozlaşdırmışdılar. Aylıq göstərici isə, ekspertlərin ehtimallarını təkrarlayıb.
Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞAvropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqard "Financial Times"-a verdiyi müsahibəsində, Avropanın siyasi liderlərini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla ticarət tarifləri üzərində işləməyə və daha çox Amerika malları almağa çağırıb. O, hesab edir ki, şiddətli ticarət müharibəsi qlobal iqtisadi artımı məhv edə və hətta qlobal ÜDM-in azalmasına səbəb ola bilər.
Bugün Bakı vaxtı saat 14:00-da Avrozonada inflyasiya göstəriciləri dərc olunacaq. Analitiklər İstehlak Qiymətləri İndeksinin illik ifadədə 2.3% təşkil edəcəyini proqnoz edirlər. Həmçinin, Kanadada dərc açıqlanacaq ÜDM və Almaniyada açıqlanacaq İşsizlik Səviyyəsi və Pərakəndə Satış Dövriyyəsinin Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 29 noyabr 2024

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq

"ƏDV geri al" mexanizminin genişləndirilməsi təklif olunur. Artıq ƏDV ödəyicisi olmayan sahibkarlardan nağdsız alış-veriş edən vətəndaşlar da pulun bir hissəsini geri ala biləcəklər. Bu necə həyata keçiriləcək? 

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler valyuta xeberleri rubl mezenne bitkoin emlak xeberleri