Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞÖtən gün ABŞ-da İstehlak Qiymətləri İndeksi göstəricilərinin proqnozların altında dərc olunması fonunda dollar major valyutalar qarşısında ucuzlaşdı, lakin, günün sonuna doğru öz mövqelərini bərpa edə bildi. EUR/USD valyuta cütlüyü 1.0353 səviyyəsinə qədər bahalaşdıqdan sonra ucuzlaşdı və hal-hazırda 1.0285 səviyyəsində ticarət olunur. Eyni dövr ərzində GBP/USD 1.2306 həddinə qədər yüksəlib, sonra isə ucuzlaşaraq 1.2214 həddinə qədər geriləyib.
Qızılın dəyəri artım tendensiyasını davam etdirib və bugün səhər saatlarında 2700$ səviyyəsinə çatıb. Neftin beynəlxalq birjalarda qiyməti isə bahalaşıb və 82$ səviyyəsinin üzərinə qalxıb. Belə ki, "Brent" markalı neftin bir barrel üçün dəyəri 82.30$ təşkil edir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünən ABŞ-ın Əmək Departamenti tərəfindən açıqlanan məlumatlara əsasən, ölkədə İstehlak Qiymətləri İndeksi (CPI) dekabr ayında ötən ilin eyni ayı ilə müqayisədə 2.9% artıb. Belə ki, artım tempi noyabr ayında olan 2.7%-lə müqayisədə daha da sürətlənib. CPI indeksi dekabr ayında aylıq ifadədə 0.4% artıb və ekspertlərin proqnozlarını təkrarlayıb.
Ərzaq və enerji istisna olmaqla hesablanan istehlak qiymətləri (CPI core) noyabr ayı ilə müqayisədə dekabr ayında aylıq ifadədə 0.2%, illik ifadədə isə 3.2% artıb. Analitiklər orta hesabla müvafiq olaraq 0.3%-lik və 3.3%-lik artım proqnozlaşdırmışdılar. 
FED-in 28-29 yanvar tarixlərində keçiriləcək iclasında uçot dərəcəsinin azaldılması proqnozlaşdırılmır. Ekspertlər bu il azalmaların daha az olacağını ehtimal edirlər, lakin faizlərin ilin ikinci yarısından əvvəl azaldılmayacağı ilə bağlı fikir ayrılıqları var.
"Goldman Sachs" iki faiz endiriminin olacağını proqnoz edir - iyun və dekabr aylarında, "Bank of America Securities" isə yumşalma dövrünün bitdiyinə inanır. FED yumşaltma dövrünə sentyabr ayında başlayıb, faizləri 100 baza bəndi azaldıb, hazırkı 4.5-4.75% səviyyəsinə çatdırıb. Sonuncu azalma dekabr ayında olub.
Həmçinin, Böyük Britaniyada İstehlak Qiymətləri İndeksi noyabr ayı ilə müqayisədə dekabr ayında illik ifadədə 2.6%-dən 2.5%-ə qədər azalıb. İngiltərədə aylıq ifadədə inflyasiya noyabr ayı ilə müqayisədə dekabr ayında 0.1%-dən 0.3%-ə qədər artıb.
Bugün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da dərc olunacaq İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı, Pərakəndə Satış Dövriyyəsinin Həcmi və Filadelfiya FED-dən Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq. Eləcə də, bugün Böyük Britaniyada ÜDM, Sənaye Sektorunda İstehsal Həcmi və Ticarət Saldosu hesabatları açıqlanacaq.
Məlumat İnvest.az İnvestisiya Şirkətinin analitikləritərəfindən hazırlanıb.  / marja.az

Maliyyə     Tarix: 16 yanvar 2025

Oxşar xəbərlər

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb

Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb. Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı i

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd


iqtisadi xeberler bitkoin qiymeti kripto investisiya bitcoin