Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞFevral ayında Beynəlxalq səhnədə ABŞ, Çin, Avropa və digər böyük iqtisadiyyatlarla ticarət əlaqələrində yaranan gərginliklər dünya birjalarında qeyri-müəyyənliyə səbəb oldu və təhlükəsiz liman axtarışında olan investorların qızıl, İsveçrə frankı və Yapon yeni kimi valyutalara yönəlməsinə səbəb oldu.
Ötən ay Donald Tramp tərəfindən elan olunan yeni tariflər ABŞ-ın xarici ticarət siyasətində kəskin dəyişikliklər yaratdı. Bu addım, xarici ticarət axınlarına mənfi təsir göstərərək investorların dollara olan etibarını zəiflətdi. Nəticədə, ABŞ dolları fevralın əvvəli Forex bazarlarında major valyutalar qarşısında kəskin ucuzlaşdı. EURUSD 1.05$, GBPUSD 1.26$ hədlərinin üzərinə yüksəldi. USDJPY və USDCHF cütlükləri isə sərt enişlə yadda qaldı. Lakin, fevral ayının son həftəsinin cümə axşamı və cümə günü Amerikada inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra FED-in mart toplantısında faiz dərəcələrini sabit saxlayacağına dair ehtimalların güclənməsi fonunda dollar major valyutalar qarşısında kəskin bahalaşdı. EURUSD və GBPUSD məzənnələri müvafiq olaraq 1.03600 və 1.25600 hədlərinə kimi gerilədi. Qızıl ötən ay ərzində ard-arda rekord qırmağa davam etdi və 2956$-a kimi yüksəldi. Lakin, fevralın 27-si və 28-i ABŞ-da artımla açıqlanan makroiqtisadi göstəricilər fonunda qiymətli metal 2832$-a kimi ucuzlaşdı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Önəmli makroiqtisadi göstəricilərlə zəngin olan cari həftə ərzində investorların diqqət mərkəzindəki əsas xəbərlər Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM hesabatı və Avropa Mərkəzi Bankının faiz qərarı, eləcə də, ECB sədri Kristin Laqartın, Böyük Britaniyanın baş bankiri Endryu Beylinin, FED sədri Cerom Pavelin çıxışları olacaq.
Həftənin ən önəmli xəbərləri arasında Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də NFP hesabatı da yer alır. 
Cari həftə Türkiyədə və İsveçrədə açıqlanacaq CPI, Avrozonada, İngiltərədə, Amerikada, Yaponiyada yayımlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi (PMİ) göstəriciləri də birjaların diqqət mərkəzində olacaq. 
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı lirənin, Avstraliyanın ÜDM hesabatı isə AUD-un qiymətlərinə yön verə bilər.
Cümə axşamı günü keçirilməsi gözlənilən Avropa Liderləri Sammitində isə Avropanın Ukrayna ilə bağlı siyasi vektorunun necə müəyyənləşdiyi maraq doğurur. Qeyd edək ki, investorlar və analitiklər "Ağ ev"-də Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında yaşanan krizdən sonra, Avropa liderlərinin Ukrayna ilə bağlı mövqeyinin necə dəyişməsindən asılı olaraq Ukrayna-Rusiya münaqişəsinin gələcəyinə dair ipucları arayacaqlar.
EUR
Ötən həftə ərzində 1.03600 səviyyəsinə qədər geriləyən EURUSD məzənnəsi cari həftəyə artımla start verdi. Hazırda valyuta cütlüyü 1.4160 səviyyələrində ticarət olunur.
Cari həftə ərzində Avrozonada dərc olunacaq İstehlak Qiymətləri İndeksi (CPI), ÜDM hesabatı, Avropa Mərkəzi Bankının faiz qərarı və AMB-nin sədri Kristin Laqardın çıxışları avronun dünya birjalarındakı qiymətlərinə yön verə biləcək əsas xəbərlərdir. 
GBP
Keçən həftəni 1.25600$ həddində tamalayan GBPUSD valyuta cütlüyü hazırda 1.26000 səviyyəsində ticarət olunur. "Buğalar" qiyməti 1.27$ həddinin üzərinə yüksəldə və burada saxlaya bilsələr, funt-sterlinqdə artım tendensiyası aktuallıq qazana bilər.  
XAUUSD
Qızıl ötən həftə 2956$-a kimi yüksələrək tarixi maksimum səviyyəsini növbəti dəfə yenilədi. Lakin, dəyərli metal sonradan geriləyərək həftəni 2832$ səviyyəsində tamamladı. 
Hazırda, 2866$ həddində ticarət olunan "sarı metal", həm Ukrayna-Rusiya münaqişəsinin necə davam edəcəyinə dair qeyri-müəyyənliklər, həm də Donald Trampın tarif siyasətinin həm qlobal iqtisadi, həm də geosiyasi riskləri artıra biləcəyinə dair qorxular fonunda "güvənli liman" maliyyə aləti kimi dəstək tapa bilər.
Məlumat İnvestAZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. 

Maliyyə     Tarix: 03 mart 2025

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ


iqtisadi xeberler emlak xeberleri birbank valyuta xeberleri bitcoin qiymeti