Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞAvropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı ötən gün dərc olunan qərarı fonunda avro dollar və funt sterlinq qarşısında artım tendensiyasını davam etdirib və son bir neçə ayın maksimum səviyyələrinə qədər bahalaşıb.
Belə ki, EUR/USD cütlüyü ötən ilin noyabr ayında bəri ilk dəfə 1.08520 həddinə qədər yüksəlib. EUR/GBP valyuta cütlüyü isə 0.84100 səviyyəsini test etməklə cari ilin yanvar ayından bəri ən yüksək səviyyəsinə qədər bahalaşıb. Həmçinin, dollar "güvənli liman" aləti kimi qəbul olunmuş isveçrə frankı qarşısında ucuzlaşmağa davam edib. USD/CHF cütlüyü bugün səhər 0.88140 həddinə qədər geriləyib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dolların təzyiq altında qalması fonunda qızılın dəyəri 2891$-2930$ aralığında dalğalanmaya davam edir. Hazırda qiymətli metal 2910$-a ticarət olunur. Neft qiymətlərinin eniş tendensiyası da davam edir. "Brent" markalı neftin bir barrel üçün qiyməti beynəlxalq birjalarda 69.80$ səviyyəsinqə qərarlaşıb. Eləcə də, "SP500" indeksi dünən 2024-cü ilin noyabr ayından bəri ilk dəfə 5710 bənd səviyyəsinə qədər geriləyib.
ECB mart ayında keçirilən iclasın nəticələrinə əsasən, uçot faiz dərəcəsini 25 baza bəndi azaldıb. Göstərici 2.90% səviyyəsindən 2.65% səviyyəsinə qədər endirilib. Eyni zamanda, mərkəzi bankın rəhbərliyi inflyasiyanın azalma prosesinin plan üzrə getdiyini və inflyasiya dinamikasının əsasən bankın proqnozlarına uyğun gəldiyini vurğulayıb. Həmçinin, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) cümə axşamı uçot faiz dərəcəsini 2.5% faiz azaldaraq 45%-dən 42.5%-ə qədər endirdi. 
ABŞ-ın Ticarət Nazirliyinin ötən gün verdiyi məlumatlara əsasən, ölkənin Ticarət Saldosunun kəsiri aylıq ifadədə 2025-ci ilin yanvar ayında 34% artaraq 131.4 milyard dollar olub. Yanvar ayında ABŞ-ın ixracı 3.3 milyard dollar (+1.2%) artaraq 269.8 milyard dollara çatıb, idxalı isə 36.6 milyard dollar (+10%) artaraq rekord səviyyəyə - 401.2 milyard dollara qədər yüksəlib. Ölkədə Əmək Məhsuldarlığı 2024-cü ilin dördüncü rübündə əvvəlki rüb ilə müqayisədə 1.5% artıb, işçi qüvvəsinin dəyəri isə 2.2% yüksəlib. 
Əlavə olaraq, ABŞ-da İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı ötən həftə 21 min azalaraq 221 minə qədər enib. Əvvəlki həftə üzrə göstərici 242 min təşkil etmişdir ki, bu da ötən ilin dekabr ayından bəri ən yüksək səviyyədir. Son dörd həftə ərzində müraciətlərin ortalama sayı 224.25 minə qədər yüksəlib.
Bugün investorların diqqət mərkəzində ABŞ-da dərc olunacaq Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İş Yerlərinin Sayı (NFP) olacaq. Analitiklərin proqnozlarına əsasən, göstərici əvvəlki ay ilə müqayisədə fevral ayında 143 mindən 159 minə qədər yüksəlib. Həmçinin, Almaniyada açıqlanacaq Sənaye Sektorunda Sifarişlərin Həcmi, Avrozonada dərc olunacaq ÜDM və ABŞ-da açıqlanacaq İşsizlik Səviyyəsi, Orta Saatlıq Əmək Haqqı və Özəl Sektorda Yeni Yaranan İş Yerlərinin Sayı göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq. 
Bakı vaxtı ilə saat 22:30-da isə ABŞ prezidenti Donald Trampın çıxışı baş tutacaq.
Məlumatİnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb. / marja.az

Maliyyə     Tarix: 07 mart 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini


iqtisadi xeberler biznes xeberleri bitcoin qiymeti bitkoin qiymeti dollar mezenne