"Qlobal neft bazarı balanslaşdırılmış vəziyyətdədir" – Novak
Hazırki dünyada neft qiymətləri mövcud vəziyyəti obyektiv şəkildə əks etdirir.
Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, qlobal neft bazarı hazırda balanslaşdırılmış vəziyyətdədir.
Aleksandr Novak onu da əlavə edib ki, qeyd olunan məsələlər bu bazar günü Vyanada keçiriləcək "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iştirakçılarının toplantısında müzakirə olunacaq.
Dünya bazarında neft qiymətləri əsasən noyabrda, o cümlədən bazar günü Vyanada keçiriləcək "OPEC+" toplantısı ərəfəsində ucuzlaşıb.
Qeyd edək ki, razılaşma çərçivəsində "OPEC+" üzvləri 2023-cü ilin sonuna qədər gündəlik neft hasilatını 2 mln. barel azaldacaq. İyun ayında keçirilən nazirlərin son iclasında alyans 2024-cü ildən gündəlik neft hasilatını sutkada təxminən 1,4 mln. barel azaldacağını bəyan edib. Bundan əlavə, bir sıra razılaşma iştirakçısı (həmçinin Səudiyyə Ərəbistanı və Rusiya) kvotaları əlavə könüllü azaltmalara da qərar verib.
Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır. / banker.az
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən
Toyuq əti də bahalaşdı - Video
Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb. xəbər verir ki, "Xəzər" TV-yə istinadla xəbər verir ki, son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət