Qlobal neft hasilatının artım tempi gələn il cüzi sürətlənəcək – PROQNOZ
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu açıqlayıb.
Bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 102,76 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,11 mln. barel çoxdur.
Bundan başqa, EIA gələn il qlobal gündəlik neft hasilatının 104,65 mln. barel səviyyəsində olacağını ehtimal edir, bu da öncəki proqnoz göstəricidən 0,04 mln. barel çoxdur.
Hesabata əsasən, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,79 mln. barel olub.
Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. Barel, 2020-ci ildə – 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Green Card nədir və onu necə əldə etmək olar?
SMM nədir?
Bitcoin nədir?
Dünyanın ən çox maaş verən şirkətləri
Kriptovalyuta məzənnəsi necə analiz olunur?