Quldurluq edən məmur və müəllim qızı... - Hamı bu qadından danışır - VİDEO

Quldurluq edən məmur və müəllim qızı... - Hamı bu qadından danışır - VİDEOXəbər verdiyimiz kimi, Bakıda qadınların da üzv olduğu quldur dəstəsi saxlanılıb.
azxeber.com xəbər verir ki, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evinə basqın edən qrupun üzvü olan qadınların xarici görkəmi, onların bu tip cinayətdə iştirak etməsi müzakirələrə səbəb olub.
Polis tərəfindən saxlanılan dəstə üzvlərinin həm də narkotik asılılığından əziyyət çəkdikləri bəlli olub. Cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri olan Jalə Mahmudova barəsində isə onu tanıyanlar maraqlı fikirlər bölüşüblər.
Məlum olub ki, bir neçə ay əvvəl sosial şəbəkədə narkomanlarla bağlı verilişdə Jalə Mahmudova haqqında da reportaj yayımlanıb. O, müsahibəsində narkotikə ilk dəfə həyat yoldaşı tərəfindən öyrədildiyini bildirib və ərindən ayrıldıqdan sonra 65-70 yaşlı başqa kişinin onda narkotik asılılığı yaratdığını deyib: "Mən ziyalı ailəsində böyümüşəm, atam dövlət qulluqçusu, anam müəllim idi. Hər zaman mənə dəstək olublar. Amma görəndə ki, bu yola düşmüşəm, nəslin üz qarasına çevrildim".
J. Mahmudovanın keçmiş iş yoldaşı V.Q. bildirib ki, o daha əvvəl taksi şirkətində çalışıb:
"Jalə bizdə işləyən zaman boşanmış qadın idi və bir övladı vardı. Boşanmış qadınların əksəriyyətinə cəmiyyətdə necə mənfi reaksiya olduğunu görürük.Ona görə belə işləməyi, sosial həyatı olması gözəl idi. Çalışqan və işinə məsuliyyətlə yanaşırdı.Özünün şəxsi maşını vardı, yüksək əməkhaqqı alırdı. Bir müddət sonra işdən çıxdı. Bir gün mənə keçmiş iş yoldaşım video göndərdi. Dedi, bax gör bu videoda danışan qadını tanıyırsan? Mən səsindən birinə bənzətdim, amma tam olaraq kim olduğunu bilmədim. O, mənə "Jalədir" deyəndə şok keçirdim. Çünki belə çalışqan, işi və normal həyatı olan biri necə belə bir zəhərin qurbanı ola bilərdi. Üzünü gizlətmişdilər deyə mən də heç nə yazmamışdım. İndi isə narkotikə görə quldurluq edib həbs olundu".
Qeyd edək ki, quldurluq hadisəsi aldatma yolu ilə törədilib. Ə.Kərimovun qapısını döyən qadın ona qonşu olduğunu deyərək açmasını bildirib. Xalq artistinin qardaşı qapını açdıqda dəhlizdə gizlənmiş 2 kişi mənzilə basqın edərək onu döyüb və pul tələb ediblər.

Xəbərlər     Tarix: 24 avqust 2022

Oxşar xəbərlər

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano


iqtisadi xeberler biznes ideyalari valyuta xeberleri valyuta kurslari pul qazanmaq