Reuters: Aİ liderləri çətin ki, qaz qiymətlərinin məhdudlaşdırılması ilə bağlı razılığa gəlsinlər
Avropa İttifaqının dövlət və hökumət başçıları, yəqin ki, qaz qiymətlərinin həddi ilə bağlı razılığa gələ bilməyəcəklər.
Agentliyin məlumatına görə, Aİ-nin oktyabrın 20-də başlayacaq sammiti çərçivəsində "mavi yanacağın" birgə alınmasına dair razılaşma gözlənilir.
Qeyd olunub ki, daxili fikir ayrılıqları Aİ-yə qazın "qiymət tavanını" tətbiq etməyə mane olur, çünki böyük iqtisadiyyatları olan Almaniya və Niderlandın təmsil etdiyi blok bu cür tədbirlərə qarşı çıxır.
Lakin Fransa və Polşa da daxil olmaqla, 15-ə yaxın ölkə bəzi məhdudiyyətləri dəstəkləyir.
"Razılaşma ehtimalı çox azdır. Görünür fikirlər həqiqətən fərqlidir"- yüksək rütbəli avropalı diplomat deyib.
Eyni zamanda, gözlənildiyi kimi, Aİ liderləri təkcə qazın birgə alışı ilə bağlı deyil, həm də mayeləşdirilmiş təbii qazın (LNG) alınması üçün alternativ qiymətdə razılığa gələ bilərlər.
Bundan əlavə, dövlət və hökumət başçıları enerji böhranı şəraitində öz vətəndaşlarının və iqtisadiyyatlarının dəstəklənməsi ilə bağlı məsələləri müzakirə etməlidirlər. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Bill Qeyts kimdir?
Az pulla hansı işi qurmaq olar?
Ən bahalı otellər hansılardır?
Bitcoin nədir?