"Reuters": OPEC+ hasilatın azaldılmasını uzada bilər
OPEC+ ölkələri könüllü azalmanın uzadılması ilə bağlı rəsmi danışıqlara hələ başlamayıb. İstehsalını azaldan dövlətlərin agentlik mənbələri, tələbat artmasa, ölkələrinin qərarı uzada biləcəyini bildirib, "Reuters" yazır.
Həmsöhbətlərdən biri bildirib ki, ixtisarlar ilin sonuna qədər uzadıla bilər. Başqa bir mənbə qeyd edib ki, OPEC+ yalnız "təlabatın gözlənilməz artımı" halında dəyişikliklər edəcək.
OPEC şərhlərə cavab verməyib. Xatırladaq ki, OPEC+ iclası iyunun 1-də Vyanada keçiriləcək.
Aprelin əvvəlində Vyanada OPEC+ monitorinq komitəsinin iclası keçirilib. İclasın yekunları üzrə komitə alyans ölkələri tərəfindən sazişin yüksək səviyyədə həyata keçirildiyini qeyd edib. OPEC+ komitəsi neft hasilatının həcminin dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Marketinq nə demədir?
1000 manatla hansı biznesi qurmaq olar?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
İnvestisiyanın necə cəlb etmək olar?