Rezidenturaya qəbulun nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi 2022/2023-cü tədris ili üçün rezidenturaya qəbulun nəticələrini elan edib.
Mərkəzdən azxeber.com-a verilən məlumata görə, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edən 548 namizəddən (hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna olmaqla) 437 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onların 120 nəfəri oğlan, 317 nəfəri qızdır. 234 namizəd cari ilin, 203 namizəd isə əvvəlki illərin məzunudur.
Qəbul olunanların siyahısının və ixtisaslaşmalar üzrə formalaşmış keçid ballarının əks olunduğu "Rezidentura" jurnalının 4-cü nömrəsini sentyabrın 2-dən etibarən abiturient.az saytından "PDF" formatda əldə etmək mümkün olacaq.
Rezidenturaya qəbul olanlar 6 sentyabr saat 12:00-dan 12 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək və onlar qəbul olunanlar siyahısından çıxarılacaqdır. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmayacaqlar.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Start-up nədir?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Proqramçılar üçün TOP-5 Freelance sayt