Robert Kiyosaki investorlara "axmaqlar gəmisi" ilə batmamaq üçün - TÖVSİYƏ VERİB

Robert Kiyosaki investorlara Robert Kiyosaki maliyyə bazarlarında dünya tarixinin ən böyük fəlakətini gözləyir. O, bazar böhranından sağ çıxmaq və kapitalı qorumaq üçün investorların hansı aktivləri almalı olduğunu açıqlayıb. 
"250 min dollar investisiya yatırmışıq, indi dəyəri 23 milyon dollardır"
FED.az xəbər verir ki, bütün dünyada məşhur olan "Varlı ata, kasıb ata" kitabının müəllifi Robert Kiyosaki investorlara dünya tarixinin ən böyük maliyyə fəlakətinə hazır olmağı və investisiya portfellərini qızıl, gümüş, Bitcoin, daşınmaz əmlak və neft şirkətlərinin səhmlərinin xeyrinə dəyişməyi tövsiyə edib. O, bu barədə X (əvvəlki Twitter) sosial media platformasında  yazıb. 
Kiyosaki maliyyə ekspertlərinin sərmayə qoyulmuş vəsaitləri istiqrazlar və səhmlər arasında 60/40 nisbətində bölmək üçün adi tövsiyəsini xatırladıb. "2024-cü ildə 60/40 portfeli olan investorlar ən çox itirəcək" deyə xəbərdarlıq edərək, belə investorları "axmaqlar gəmisi"nin sərnişinlərinə bənzədib ("Axmaqlar gəmisi" tablosu Hieronymus Boschun ən məşhur əsərlərindən biridir. Parisdə Luvrda saxlanılır).
Kiyosaki investorlara bu "gəmi" ilə batmamaq üçün portfellərinin tərkibinə yenidən baxmağı təklif edib. Kiyosakinin fikrincə, müasir antiböhran portfelinin 75 faizi qızıl, gümüş və bitkoinlərdən, 25 faizi isə neft şirkətləri və daşınmaz əmlak səhmlərindən ibarət olmalıdır. "Belə bir quruluş sizə dünya tarixindəki ən böyük fəlakətdən sağ çıxmağa imkan verə bilər" deyə o yazıb.
Sentyabr ayında Robert Kiyosaki xəbərdarlıq etmişdi ki, Amerika səhm, istiqraz və daşınmaz əmlak bazarları çökə bilər və investorlar qızıl, gümüş və Bitcoin kimi hedcinq aktivlərinə investisiya qoymağa başlaya bilərlər. Onun sözlərinə görə, Amerika müflisdir və investorlar bazarlar çökməzdən əvvəl qoruyucu aktivlərə investisiya etməlidirlər. O, əvvəllər Amerikada inflyasiyanın sistemli problemə çevrildiyini və investorların bu problemdən qorunmaq üçün müəyyən real aktivləri almağa başlamalı olduğunu bildirmişdi.
2023-cü ilin martında Kiyosaki İsveçrənin Credit Suisse bankının Amerika bankları Silicon Valley Bank, Signature Bank və Silvergate Capital-dan sonra çökə biləcəyini proqnozlaşdırmışdı. "Mən Lehman Brothers-i illər əvvəl proqnozlaşdırmışdım və düşünürəm ki, istiqraz bazarı çökdüyü üçün növbəti bank Credit Suisse olacaq" dedi. Problemlər yaşayan Credit Suisse doğrudan da çökmüş və 2023-cü ilin martında İsveçrənin UBS bankı tərəfindən alınmışdı.

İnvestisiya     Tarix: 01 noyabr 2023

Oxşar xəbərlər

AİH-nin idarəetməsində olan şirkətlər 2026-cı ilin ilk yarısında yüksək artım və ixrac göstəriciləri - NÜMAYİŞ ETDİRİB

"Azər-Türk Bank" ASC-nin xalis mənfəəti 50%, "Azəralüminium" MMC-nin ixracı 46%, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı isə 75%-dən çox artıb. xəbər verir ki, Azərbaycan İnvestisiy

İlham Əliyev "Neuberger Berman" şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan "Neuberger Berman"ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib. xəbər verir ki, söhbət zamanı Preziden

Azərbaycanda yeni investisiya şirkəti yaradılıb

"CİB Kapital İnvestisiya Şirkəti" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatına alınıb. Azərbaycanda investisiya təşviqi sənədinin verilməsi müddəti daha 3 il uzadılıb.  biznes və maliyyə xəbərləri portal xəbər veri

Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. "Qarabağda bərpa və yenidənqurmaya dövlət büdcəsindən indiyədək 25.5 milyard manat ayrılıb". b

Azərbaycan I yarımildə Gürcüstana 45,3 milyon dollar investisiya yatırıb

Bu ilin ilk yarısında Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 45,3 milyon ABŞ dolları təşkil edib. Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq. xəbər veri

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

Dövlət Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq

Milli maraqlara zidd olan müstəsna hallarda strateji investisiyalar dövlət tərəfindən alınacaq.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "İnvestisiy

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranı

Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat məbləğində investisiya yönəldilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu götərici ötən ilin müvafiq dövrü il


iqtisadi xeberler biznes qurmaq 1000 manatla biznes leobank kart dollar mezenne