"Romgaz" və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın "Romgaz" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə KONKRET.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənədi SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və "Romgaz"ın baş direktorunun müavini Aristotel Cude imzalayıblar.
"Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin oktyabr ayının əvvəlində Bolqarıstana rəsmi səfəri zamanı Rumıniyanın Baş naziri Nikolae Çuke ilə görüşündə region ölkələri ilə enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib, tərəfdaşlığın genişləndirilməsi istiqamətləri müəyyən olunub. Bu istiqamətlərə uyğun olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarovun, energetika naziri Pərviz Şahbazovun və SOCAR rəhbərliyinin daxil olduğu nümayəndə heyətinin Rumıniyaya səfəri baş tutub", – məlumatda deyilir.
Anlaşma Memorandumunun imzalanması əlaqədar keçirilən tədbirdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu, Rumıniya ilə iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin inkişaf etdiyi vurğulanıb, SOCAR-ın bu ölkədəki fəaliyyəti qeyd edilib, energetika, o cümlədən bərpa olunan enerji əməkdaşlığının gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən varlı 10 müğənnisi
IMEI kod nədir?
Biznes nədir və hansı növləri var?
Necə Bitcoin almaq olar?